Kann film festivalı

Kann film festivalı və Türk filminin yüksəlişi.

image

Almaniyada baş tutan 67 -ci Kann film festivalı başa çatdı. Yəqin fikir vermişdiniz son günlər xəbər saytları, bloqlar sadəcə Kann festivalından yazırdı. Kann festivalında ən çox danışılan mövzu məşhurların geyimi və jurnalist-fotoqraflara verdiyi pozalar idi. Mən isə sizə qırmızı xalıdan deyil, bu festivalın qaliblərindən yazacam.

Read more

Advertisements

The Wolf of Wall Street

Wolf-of-Wall-street-hq-wallpaper-1024x576Azərbaycanca “Uol  küçəsinin canavarı” kimi tərcümə olunan Hollywood filmi “The Wolf of Wall Street” Martin Scorcese’ in rejissorluğu ilə 2014-cü ildə film sevərlərə təqdim olunub.

Bioqrafik, dram janrında olan film eyniadlı kitab əsasında çəkilib. Kitabın yazarı Jordan Belfort həbsxanada olarkən öz həyatı haqqında kitab yazmağa başlayır. Read more

“HACHIKO” film

image
Bu filmi izləməyə başladığımda bu haqda post yazmağı düşünmürdüm. Amma filmi izlədikdən sonra düşündüm ki, mütləq yazmalıyam. Bəlkə də çoxunuz izləmisiniz, amma izləməyənlər üçün çox maraqlı olacağını düşünürəm.
Xakie adlı bir it və onun sahibindən bəhs edən filmdə baş verən hadisələr 1923 -1934 -cü illərdə Yaponiyada yaşanmışdır. Xakie öz sahibinə çox bağlı bir itdir. Hər gün onu işə dəmiryol stansiyasına qədər ötürür, hər axşam qatar dönməmişdən əvvəl onu stansiyada gözləyir. Evə birlikdə qayıdırlar. Artıq Xakie bu ailənin sevimli üzvünə çevrilir.

Read more

“LİMİT YOK” film

image

Hər zaman film izləməyi sevirəm və filmlərin mövzusuna çox önəm verirəm. Yəqin ki hər kəs belədir. Mənə filmi rəfiqəm məsləhət gördü və mütləq izləməyim tövsiyyə olundu 🙂
Bir həftə sonunda maraqla izlədik. Bütün filmlərdən fərqli mövzusu ilə insana həqiqətən zövq verən bir filmdir.
Eddie adlı bir gənc – həyat yoldaşından ayrılmış, pulsuz və sıxıcı bir həyata sahibdir. Günlərin bir günü köhnə qohumlarından biri ilə qarşılaşır. Ona yaxında satışa çıxarmaq məqsədilə hazırladığı dərmanı içməyi təklif edir. Elə həmin gün Eddienin həyatı dəyişir. Bu dərmanı içən kimi sən demə insan beyninin 100% -i işləməyə başlayır.
Read more

“Ustam ve ben”

image

Öğrenme aşkıyla geçti ömrümüz, aşkı ögrenmesek de…
Elif Şafakın sonuncu romanıdır. Adını oxuyunca fikirləşirdim müəllim və tələbədən bəhs edən bir roman olacaq. Niyə belə düşündüyümü də bilmirəm.  Amma yox, kitab adından göründüyü kimi deyil. Əslində bir fil və fil baxıcısının Topkapı sarayında keçən maraqlı həyatını təsvir edir. Həmçinin fil baxıcısı Cihanın müəllimi olan Memar Sinan da əsərdə əsas obrazlardan biridir.
Kitabı oxuduqca əslində Memar Sinana deyil, onun tələbəsi olan Cihanın yaradıcılığına heyran qalırsan. Sanki Cihan olmasaydı o məşhur Sinan heç nə bacarmazdı, bəlkə də çoxdan Sultan Süleyman tərəfindən edamı əmr olunardı.

Read more

Elif Şafak “Araf”

coverAraf Elif Şafakın 2004 –cü ildə ingilis dilində qələmə aldığı 5–ci romanıdır.Əsərlərində adətən osmanlı türkcəsindən istifadə etməyi sevən yazıçının bu kitabıda digərlərindən sadə dil və üslübü ilə fərqlənir. İlk öncə kitabın adı ilə başlamaq istəyirəm, arafın mənası nədir? Araf Islamda cənnət və cəhənnəm arasındakı təpənin adıdır. Yəni günah və səvabları bərabər olanların gözlədiyi yerdir. Romanı oxuyarkən bu adın kitaba nəyə görə verildiyini də anlamaq çətin olmur.

Read more

“Hava marşalı” film

“NON-STOP”

image

Son zamanlar daha çox türk filmlərinə gedirdik. Yetər artıq dedim, çünki nə qədər kədərlənmək olar? 🙂 Nədənsə son zamanlar baxdığım əksər türk filmlərindən çıxarkən hər kəsi gözü yaşlı görürdüm, necə ki əvvəlki gənclər hind filmlərindən bu vəziyyətdə çıxardı.. Səmimi deyim ki, mən Amerika istehsalı olan filmlərə baxmağı çox sevirəm. Çünki bu filmlər insanda həyat eşqi, güclü mübarizə hissi oyadır. Bu dəfəki seçimimiz bir həftəlik nümayişlə şəhərimizin kino mərkəzlərində təqdim olunan “Hava Marşalı”  (Non stop) oldu. Baş rollarında çox sevdiyim aktyor Liam Neeson oynayırdı. Bir çoxlarımız bu aktyoru “Girov” (Taken) filmindən tanıyırıq.
Təyyarə dünyadakı ən təhlükəsiz nəqliyyat vasitəsidir. Belə ki il ərzində ən az ölüm sayı bu nəqliyyat vasitəsinin üzərinə düşür. Digər tərəfdən də hər hansı qəza və ya terror aktı baş verərsə 12000 m yüksəklikdə yəqin ki heç kim xilas ola bilmir və kütləvi ölüm baş verir.

Read more