“Elif gibi sevmek”

image

“ELIF GIBI SEVMEK” Hikmet Anıl Öztekinin sevgini şeirlərlə təsvir edən bir kitabıdır. Kitabı oxuduqca başa düşmək olur ki, yetkin və ağıllı sevgini yaşamış birinin dilindən yazılmış əsərdir. Həm Elif-ə olan sevgisini, həm də Allaha olan sevgisini birləşdirərək mükəmməl qısa yazılarla təsvir edilmiş bu kitab sevənlərin oxumalı olduğu kitabdır. Bu kitabı qısa təsvir etmək lazım gəlsəydi, mən deyərdim: “Sevgi, eşq ancaq bu qədər gözəl təsvir olunur”.
“Elif gibi sevmek, kimselerin bilmeyeceği, anlayamacağı gibi sevmektir,
Dimdik sevə bilmektir, hiç vazgeçmeden..”

Oxumağa davam et

Advertisements

MTV – Video Music Awards

MTV yayın evinin hazırladığı Video Musiqi Mükafatları hər il Los Angelesdə təqdim edilir. Bu yarışma 1984 -cü ildən keçirilməyə başlayıb, məqsədi ilin ən yaxşı video musiqilərini seçməkdir. Maraqla gözlənilən mükafat mərasimi MTV kanalından canlı olaraq verilirdi. Beləliklə sizlərə ilin VMA -çilərini təqdim edirəm:
İlin video musiqisi – Miley Cyrus “Wrecking ball”
İlin ən yaxşı kişi video musiqisi – Ed Sheeren “Sing”
İlin ən yaxşı qadın video musiqisi – Katy Perry “Dark Horse”
İlin ən yaxşı pop videosu – Ariana Grande “Problem”
İlin ən yaxşı rock videosu – Lorde “Royals”

Oxumağa davam et

“Ve daglardan seda geldi”

Xalid Hüseyni – “Və dağlardan səda gəldi”

image

Əslən əfqan olan Xalid Hüseyninin 3 -cü məşhur romanı “Və dağlardan səda gəldi” hamımız üçün yazılmış bir kitabdır. Sadəcə əfqan həyatı ilə tanış olmaq istəyənlərin yox, həmçinin insanlığın nə olduğunu dərk etmək istəyənlər üçün olduqca gözəl nümunədir bu kitab.. Kitabı oxuduqdan sonra bəlkə də ruhumuzda olub amma üzə çıxarmağa qorxduğumuz hissləri bu kitabın sayəsində kəşf edəcəyik. Hər kəsə oxumağı mütləq tövsiyyə etdiyim bu kitabda əsas süjet xətti Əfqanıstanın kəndində dünyaya gəlmiş bir qardaş və bacının hekayəsi durur.

Oxumağa davam et

Fereh Pehlevi

“Yıxılan rejimin və bitməyən eşqin hekayəti” – Fərəh Pəhləvi  “Xatırələr”

image

“Səni elə adi adama ərə verməyəcəyik. Şah belə ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə bəlkə verərik”  zarafatla deyilən bu sözlərin bir gün həqiqət olacağını yəqin ki, Fərəh Diba da bilmirdi. Fərəh Pəhləvi 1959 -cu ildə İran şahı Məhəmməd Rza Pəhləvi şah ilə ailə həyatı qurur. İran tarixində ilk tac qoyan xanım olur. Kraliça olduğu dövrlərdə İran qadınlarının azadlığı, elm və təhsil uğrunda bir çox dərnəklər təşkil edir.
Fərəh Pəhləvinin xatirələrini təşkil edən bu kitabı mən 2 il əvvəl oxumuşam. Amma hərdən yenə əlimə götürüb vərəqləməyi xoşlayıram, həqiqətən qonşu İranın cəmi 35 il əvvəl tamamilə başqa bir ölkə olduğunu oxumaq həyəcanlıdır.

Oxumağa davam et

“QEYRI-ADI BAKI”

Bu yaxınlarda bir dostumuzun sərgisinə dəvət almışdıq. “Qeyri-adi Bakı” adlanan bu sərgidə Azərbaycanın bir çox fotoqraflarının foto-şəkilləri nümayiş olunurdu. Foto şəkillərdə fotoqrafların gözü ilə Bakının müəyyən görüntüləri əks olunmuşdu. Fotolara nəzər saldıqca Bakının ən mükəmməl görüntülərini seyr etmək mümkün idi, hansı ki biz adi halda bunları görə bilmərik. Fotoqrafın gözüylə Bakıya baxış tam fərqli idi, burada ahənglər, rənglər, anlar qeyri-adi şəkildə görünürdü. Düşünürəm ki bu kimi tədbirlərin şəhərimizdə keçirilməsi ürəkaçandır. Belə ki gənc fotoqrafları həvəsləndirmək, işlərinə qiymət verilməsi gələcəkdə fotoqrafların daha peşəkar olmasına kömək edəcək.

Oxumağa davam et

“Coco Chanelden once”

image

COCO CHANELDƏN ÖNCƏ
Bu yaxınlarda izlədiyim filmi sizlərlə bölüşmək istəyirəm. Coco Chanel artıq həyatımızın demək olar ki bir hissəsinə çevrilmiş brenddir. Belə ki əksəriyyətimiz bu brenddən bir çanta tutmağı arzulayarkən bir çoxlarının qarderobunu Chanel çantalarının kolleksiyaları bəzəyir. Bir çoxları isə bu məşhur brendə olan sevgisindən saxta Chanel çantalarını tutaraq lüks həyatın havasını yaşamaq istəyir. Mən hər zaman lüks brendlərin saxta versiyaları ilə olan görüntülərə qarşı ola biriyəm. Nə isə 🙂

Oxumağa davam et