Nemlendirici kremler

image

Artıq payız-qış mövsümünün gəlişi ilə cildimizdə quruluq hiss olunmağa başlayır. Cildimizi qırışlardan qorumaq üçün quru havalarda nəmləndirici krem və ya lasyonlardan istifadə etməliyik. Quru dərili xanımlar adətən il boyu nəmləndiricilərdən istifadə edirlər. Yağlı dərisi olan xanımlar isə payız-qış mövsümündə nəmləndirici vasitələrdən istifadə etməyi unutmamalıdırlar. Nəmləndiricilər istifadə etdiyimiz tonal kremlərin, həmçinin pudraların da tərkibində ola bilər. Ya da istəyə uyğun olaraq tonal krem və ya pudradan əvvəl nəmləndirici vasitə vura bilərsiniz. Bu zaman kosmetik vasitələr cildinizə daha yaxşı oturacaqdır.

Oxumağa davam et

Advertisements

SPF -li kremler

Yay mövsümü olduğu üçün artıq kosmetik vasitələrimizdə SPF faktorunun olmasına diqqət etməliyik. Belə ki günəş şüaları cildimizin və dərimizin ən böyük düşmənidir. Son illər günəş şüalarının təhlükəli olması nəticəsində “dəri xərçəngi” xəstəliyi kəskin sürətdə artmışdır. Üz dərimizi günəş şüalarından qorumasaq  qocalma prossesi daha tez gedə bilər. Bütün bunların qarşısını almaq üçün əslində sadəcə dənizə və ya çimərliyə gedərkən deyil, günəşə çıxdığımızda günəş kremlərindən istifadə etməliyik.  Günəş kremləri bütün kosmetik markaların kolleksiyalarında var və bu vasitələr tərkibində SPF (Sun Protection Factor) olması ilə seçilir.
Oxumağa davam et

Murad Osman -fotoqraf

image

Gün ərzində bloqlar, sosial şəbəkələr minlərlə foto paylaşır. Hətta biz foto çəkərkən onun ən gözəl effektlə alınmasına çalışırıq. Paylaşdığımız fotoların ən keyfiyyətlisini seçirik. Gözəl çəkilmiş foto gördüyümüzdə fotoqrafa və onun fotoaparatına özümüzdə maraq oyanır. Müasir dövrü fotoqraflarsız təsəvvür etmək mümkün deyil. Artıq fotoqraflar bizim həyatımızın bir parçasına çevrilib, love story -lər, wedding story -lər, baby fotosessiyalar və s. Ən nəhayət günümüzün ən məşhur fotoqrafiya trendi  – “selfie” və “follow me” fotoları daim gündəmdədir.
Murad Osman “follow me” trendini fotoqrafiyaya gətirən məşhur fotoqrafdır.

Oxumağa davam et

BB krem haqqında

image

Yaz-yay mövsümü başladığına görə sizinlə BB krem haqqında bölüşmək qərarına gəldim. Əgər üzümüzü günəşin zərərli şüalarından qorumaq istəyiriksə o zaman BB kremdən mütləq istifadə etməliyik.  BB krem nədir?
BB krem ilk dəfə 1960 -cı illərdə Almaniyada dermatoloq tərəfindən yaradılmışdır və yalnız müalicəvi xarakter daşıyırdı. 80 -cı illərdə isə bu kremdən Koreyada səhiyyədə istifadə olunmağa başladı. Əməliyyatdan sonra yaranın sağalmasına kömək edən kremlər tezliklə BB krem adı altında kosmetik məhsula çevrildi. BB kremin açılışı Blemish Balm, Beauty Balm və s. mənalarda işlənir. İlk BB krem Koreyalılara məxsus olan Missha firmasına aiddir.
BB kremlər üzünüzə sadəcə estetik gözəllik vermir, həmçinin ciıdinizin sağlam qalmasına kömək edir. Daha çox yaz-yay aylarında istifadə olunan bu kremlərin tərkibində günəşdən qoruyucu, nəmləndirici və qırışlara qarşı xüsusi maddələr var. BB krem tonal (foundation) kremdən fərqli olaraq cildə daha rahat yayılır və cildinizə təbii görünüş verir. Xırda sivilcələri qapatmaq kimi funksiyası belə vardır.

Oxumağa davam et

Makiyajda fırçaların önemi

Makeup-Brush-Buying-GuideBugün makiyajın önəmli hissəsi olan makiyaj fırçalarından bəhs etmək istəyirəm. Düşünürəm ki, makiyajdan istifadə edən xanımlar üçün maraqlı mövzudur. 🙂

Ancaq makiyaj edən xanımların çoxu firçalardan istifadə etmir və ya bu haqda məlumatları olmur. Öz ətrafımdakı yaxınlarımdada bunu görürəm. Çoxu xanımlar makiyaj məhsullarının (göz kölkələri, ənlik, kirşan, tonlaşdırıcı üz kremi) içində olan kiçik qubkalardan (süngər), qubkalı fırçalardan istifadə edir.
Deməliyəm ki, makiyajda makiyaj məhsullarının keyfiyyəti nə qədər önəmlidirsə, fırçalarda bir o qədər əhəmiyyətlidir. Mən ümumiyyətlə makiyaj məhsullarında bilinən, keyfiyyətli markalardan istifadə etməyi məsləhət görərdim. Makiyajda qalıcılıq və yüksək pigmentli məhsullar daha gözəl nəticə verir. Qısaca az olsun, yaxşı olsun 🙂 Oxumağa davam et

“COACHELLA” festivalı

“Coachella” festivalı dünyanın ən məşhur musiqi festivallarından biridir. Bu festival Amerikanın Kaliforniya ştatının tozlu və səhra olan çölündə keçirilir. Buna baxmayaraq dünyanın məşhur ulduzları, dəb dünyasının ulduzları, məşhur dəb bloggerləri bu festivala qatılmaq üçün biletləri dərhal əldə etməyə çalışırlar. 2014 -cü ilin Coachella festivalının biletləri satışa buraxıldıqdan 3 saat sonra satılıb tükəndi. Aprel ayının 11-də başlayan festival 20 -də yekunlaşdı. Festivalda məşhur ulduzlar Beyonce, Calvin Harris, Jay Z, Lana del Ray və digərlərinin performansları baş tutdu.
Bu festivalda əsas musiqi və incəsənətdir. Hər gün maraqlı sərgilər izlənilir və musiqilər dinlənilir. Ən maraqlısını mən deyim, bura qatılan bütün qonaqlar geyimlərini, öz tərzlərini nümayiş etdirirlər 🙂 Artıq dünyada bir Coachella trendi, bir Coachella dəbi var.

Oxumağa davam et

Bloq nedir?

image

Sizlər üçün faydalı olacağını düşünüb bu haqda yazmağı qərara aldım 🙂
Bloq nədir?
“Bloq” bizim üçün  kifayət qədər yeni terminlərdən biridir. İngiliscə blog olaraq yazılan bu söz xüsusilə 2000 -ci illərdə populyarlaşıb.
Bloq dediyimizdə insanların öz maraqları daxilində yaratdığı internet səhifələri nəzərdə tutulur.  Bu nə sayt deyil, nə də sosial şəbəkə deyil. Daha çox gündəliyə bənzəyir, çünki kim nə istəsə onu yazır, onu paylaşır.
Dünyada bir çox məşhur dəb, mətbəx, səyahət və s. bloqlar vardır. Bu bloqları idarə edənlərə blogger deyilir. Bundan başqa insanların youtube səhifəsində yaratdığı kanallar da kifayət qədər məşhurdur. Onları idarə edənlərə isə vlogger deyilir.

Oxumağa davam et