New York deb heftesi

Dəb həftələri hər zaman olduğu kimi sentyabr ayında start götürür. Bu ay başlayan dəb həftələrində brendlər yeni yaz-yay kolleksiyalarını nümayiş etdirirlər. Küçə dəbinin ulduzları isə yaxınlaşmaqda olan payızın dəbini nümayiş etdirirlər. Qarşıdakı yaz-yay kolleksiyaları rəngarəng olmaqla yanaşı həm də çox cəlbedicidir.  2015 -in yaz-yay dəbində önə çıxan rənglər sarı və yaşılın parlaq tonlarıdır. Həmçinin transparan, tül, güpr kimi parçalar da dəbdə öz yerini qoruyub saxlayacaq.

Oxumağa davam et

Paris deb heftesi – I

Paris dəb həftəsi – I hissə

image

İlin əsas tədbirlərindən sayılan dəb həftələri öz yekununu Fransanın paytaxtı olan Paris şəhərində həyata keçirir. Bu gün payız-qış dəb həftələri sona çatır. Parısdə baş tutan həftələr olduqca rəngarəng və maraqlı keçdi ona görə də eyni postda bütün hadisələri əhatə etmək olmayacaq.  Sizlər üçün 3 hissəli Paris dəb həftələrindən yazacam.
Əvvəlcə kolleksiyaların nümayişinə göz ataq:)

Oxumağa davam et

Milan deb heftesi – II

image

Milan dəb həftəsinin yekun hissəsində sizlərlə Philipp Plein, Roberto Cavalli, Prada, Giorgio Armani kimi brendlərin kolleksiyasından görütülər paylaşacam.
Philipp Plein kolleksiyasının açılışını məşhur model Naomi Kembell etdi. Qonaq qismində həmçinin müğənni Rita Ora iştirak edərək qonaqları əyləndirdi. Alman dizayneri kolleksiyasında daşlı, qaşlı həmçinin zirehli geyimlərdən sərgi hazırlamışdı. Həmçinin qarşıdakı yazın trendi olan qırmızı damalı geyimlər və bildiyimiz kovboy şlyapaları nümayiş olundu.

Oxumağa davam et

Milan deb heftesi – I

image

2014 -2015 payız-qış kolleksiyasının növbəti nümayiş həftəsi dəbin mənşəyi olan İtaliyanın Milan şəhərində baş tutdu. Məhz İtalyan dizaynerlərinin kolleksiya sərgilədiyi Milan dəb həftəsi çox rəngarəng keçdi. Həm podyumda, həm də küçələrdə şıq dəb görüntüləri lentə alındı.
Gucci, Versace, Alberta Ferretti, DSquared, Dolche&Gabbana, Fendi, Prada kimi hamının tanıdığı brendlərin yeni payız – qış mövsüm geyimləri maraq doğurdu.

Oxumağa davam et

London deb heftesi

image

New York dəb həftəsi qarlı keçdi, Londonda isə simvolik olaraq yağış yağdı:) Növbəti dəb həftəsi Milanda qarşılanacaq.
London dəb həftəsində Mulberry, Burberry, Antonio Berrardi, Tom Ford, Topshop və başqa dünya brendlərinin kolleksiyaları nümayiş olundu. Brendlərin əksəriyyətinin kolleksiyası ötən ilin trendlərinə uyğun olaraq sərgiləndi. Lakin bu dəfə kolleksiyalar daha gözəçarpan və cəlbedici görünürdü. Bu isə o deməkdir ki, qarşıdakı payız- qış mövsümündə gözəçarpan rənglər dəbdə olacaq. 

Oxumağa davam et

New York deb heftesi

image

2014/6-13 fevral tarixlərini əhatə edən New York dəb həftəsi başa çatdı. Maraqlı qonaqları, küçə göstərişləri, həmçinin payız-qış kolleksiyasının nümayişləri maraqla izlənildi. Gələn soyuq mövsümün dəb trendləri ilə tanış olduq 🙂
Tommy Hilfiger, Rag&Ban, Herve Leger, Marc Yacobs, Victoria Becham, Hugo Boss, Rodarte,  Betsey Johnson, Oskar De La Renta, Vera Wang, Calvin Klein və digər məşhur markaların növbəti kolleksiyaları olduqca maraqlı və ötən mövsümə nisbətən daha rəngli idi. Qırmızı və zoğalı tonlardan başlayaraq ağlı – qaralı monokrom tonlarla dəyişən dəfilələrdə həm modern, həm eleqant, həmçinin qarışıq tərzlər təqdim edildi.

Oxumağa davam et