Ismayilli gezintisi

image

Mən özüm Zaqatalada dünyaya gəlmişəm və 25 ildən çox orada yaşamışam. Evimizin gözəl mənzərəsi var idi. Hər yaz yaşıllaşan, göz qamaşdıran dağlar bizə çox yaxın idi. İstədiyimiz zaman bu gözəl dağ havasını alar, bəzən çay kənarında oturardıq. Heç ağlıma gəlməzdi ki o mənzərə, o yaşıllıq, o çay üçün darıxaram.. Hətta bu təbiətin necə dəyərli olduğunu təəssüf ki gec dərk edərəm. Bakıya yazın gəldiyi çox az şəkildə hiss olunur. Burada piknik üçün gözəl parklar yoxdur. Baxmayaraq ki tez-tez parklar açılır. Amma biz istədiyimiz kimi onlardan faydalana bilmirik. Elə bu vaxtlarda Zaqatala üçün çox darıxıram. Zaqatala kimi yaşıllığı bol olan İsmayıllı rayonu Bakıya ən yaxın rayondur. Maşınla normal sürətlə getsək 2 saat yarıma İsmayıllıya çatmaq olur.

Oxumağa davam et

Dubay – yekun hisse

Əslində Dubay haqqında çox uzun-uzun danışmaq olar. Mən isə sadəcə sizlər üçün maraqlı olacaq yazı paylaşmağa çalışıram 🙂 Qeyd edim ki Dubay çox təmiz şəhərdir, burada zibil görmək mümkün deyil. Baxmayaraq ki səhradır bu şəhərdə toz yoxdur, küçələr və binalar parıldayır. Dubaya gedənlərin bir problemi var – yemək 🙂 Amma mən səmimi deyim ki ərəb mətbəxini sevdim. Düzdür çox ədviyyatlıdır, həm də ləzzətlidir. Yox əgər siz gedərkən sevməsəniz qorxmayın burada fast food geniş yayılıb. Türk restoranına isə rast gəlmədim. Davam edək Dubayı virtual gəzməyə 🙂

Atlantıs Aquaventura Water Park
Sözün əsl mənasında əylənəcəyiniz, bol-bol qışıqıracağınız, güləcəyiniz və deyərdim ki Dubayda mütləq gedilməli yerlərdən biri. Hətta deyərdim ki, Burj Xəlifəni, akvariumları boş verin, məhz Atlantis su parkında əylənin. Hələ uşaqlarınız varsa onlar üçün də çox daha maraqlı məkanlardan biridir.

Oxumağa davam et

Dubay

Dubay –  mühəndisliyin möcüzəsidir. Sadəcə 20 il əvvəl böyük hissəsi səhra olan bu şəhər indi dünyanın hər yerindən turistləri özünə cəlb edir. Hər kəs bu şəhərin süni olan əsrarəngizliyindən danışır. Bəli hər şey sünidir, təbii deyil.  Amma bütün gördüklərinin süni olduğuna şübhəylə yanaşacaqsan. Gah özünü Miamidə, gah Los Angelosda, gah Bombeydə, gah da tarixi Ərəb şəhərində hiss edəcəksən. Əylənəcəksən, istirahət edəcəksən, xoşbəxt olacaqsan.
Keçək şəhərin gəzintisinə 🙂
Dubaya gedincə internetdə bu şəhər haqqında araşdırmalar apararkən azərbaycanca məlumatların ümumiyyətlə olmadığını gördüm. Ona görə də bundan sonra getməyi düşünənlər üçün faydalı olacaq  bir neçə cümlə yazmaq qərarına gəldim.

Oxumağa davam et

“TOSCA”

image

Mən İtalyan mətbəxini çox sevirəm. Pizzalı, spagettili, lazanyalı və pendirli yeməkləriylə zəngin olan bu mətbəx həm də çox ləzzətlidir. Yəqin ki hamımız evdə spagetti, pizza hazırlayırıq elə deyilmi? Bəs İtalyan restoranına gedib, bu yeməklərin dadına orda baxmaq istəsəniz?
“Tosca” – artıq bir neçə ildir ki, Bakıda sevilən italyan restoranıdır. Restoranın arxitekturası çox gözəldir. Həmçinin yerləşdiyi səmt hər kəsin xoşuna gələ bilər.

Oxumağa davam et

İstanbul

İSTANBUL – Turist şəhəri
image

Keçən ilin mart ayında bu şəhərə qısa bir gəzintimiz oldu. Mənə görə gəzməklə maraqları bitməyən, gələcəkdə yenidən səyahət üçün seçəcəyim şəhərlərdən biridir. Çox gözəl və maraqlı vaxt keçirdiyimi təkcə mən deyil İstanbulda olan hər kəs rahatlıqla deyə bilər. Qısacası gedənlərə bir daha getmək, getməyənlərə isə bu şəhərə səyahət arzulayıram.

Oxumağa davam et