Lima Ché

Dəb bloggeri –  Lima Ché

118Bu dəfəki sizlərə tanıtmaq istədiyim dəb bloggeri Belçikadan Lima Che’dir.

Oxumağa davam et

Advertisements

Annabelle Fleur

Annabelle Fleur – Dəb bloggeri
image

Annabelle Fleur Latviyada anadan olmuş, 14 yaşında ikən ailəsi ilə birlikdə Kanadaya köçmüşdür. Hal-hazırda həyat yoldaşı ilə birlikdə Los Angelesdə yaşayır. Bloqunu 2011 -ci ildə çox sevdiyi Hollywoodlu dizayner Elisa Ferraridən ilham alaraq yaratmışdır. Annabelle artıq dünyaca tanınmış bir dəb bloggeridir. Onun tərzi sadəliklə yanaşı həm də şıqdır. Şıqlığını aksessuarlarla tamamlamağı sevən bu xanımın ən çox sevdiyi bəzəyi üzüklər və qolbaqlardır.
Annabelle bloqunda paylaşdığı postlarda tərzindən və geyimlərindən geniş yazır, həyatında baş verən maraqlı hadisələri pərəstişkarları ilə bölüşür. Bloqu bir çox mükafatlara layiq görülmüşdür.

Oxumağa davam et

Buse Terim

Buse Terim – dəb bloggeri
image

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı olan Buse Terim hal-hazırda Türkiyənin ən sevilən bloggerlərindən biridir. Bu xanım öz dəb təhsilini New Yorkda almışdır. Dəbə olan marağından karyerasını da məhz bu sahə üzərində qurmağı planlaşdırır. Buse Terim öz bloqunu 2010 -cu ildə qurdu və hədəflərinə doğru böyük addımlar atmaqdan heç çəkinmədi. Bəziləri onun məşhur Terimin qızı olduğu üçün böyük uğurlar əldə etdiyini desə də əslində Buse öz peşəsində olduqca peşəkardır, inkişaf etmək üçün əlindən gələni edir. Bir çox brendlərlə birlikdə öz kolleksiyalarını yaradır və bu koleksiyalar çox uğurla satılır. Bloquna gün ərzində minlərlə istifadəçi daxil olur.

Oxumağa davam et

Kristina Bazan

Dəb bloggeri – Kristina Bazan

image

Bu gün sizlərlə İsveçrəli məşhur blogger haqqında danışmaq istəyirəm. Kristina Bazan 20 yaşındadır, universitet tələbəsidir. Bloqunu 2011 -ci ilin yanvar ayında yaratmış, həmin ilin sonunda Yaponiyada keçirilən bloggerlərin yığıncağına dəvət almışdır. Kristinanın məşhur dəb  həyatı bloqunu açdıqdan 1 il keçməmiş başlayır. O, bir çox məşhur brendlərlə müqavilələr imzalayır, D&G, LV, Dior və bu kimi lüks brendlərin nümayişlərinin qonağı olur. Vogue, Harpers Bazaar kimi məşhur jurnallara müsahibə verir. Coachella musiqi festivalına, Kann film festivalına bu il ilk dəfə dəvət alır.

Oxumağa davam et

Chiara Ferragni

DƏB BLOGGERİ – CHİARA FERRAGNİ

image

Bugün də sizlərlə mənim çox sevdiyim blogger Chiara Ferragni haqqında danişmaq istəyirəm. Onun haqqında yazmağa başladığımda hardan başlayım, harda bitirim deyə düşündüm, çünki bu xanım haqqında bölüşüləcək çox şey var. Chiara əslən İtaliyalıdır, 1987 -ci ildə Milanda dünyaya gəlib. Blogunu 2009 -cu ildə sevgilisi Ricordonun təklifiylə yaradıb. 1 il keçmədən çox məşhurlaşıb, məşhur jurnalların üz qabığında yer almağa başlayıb, bir çox mükafatlar alıb. Hal-hazırda “Blog awards” müsabiqələrinə yalnız qonaq qismində qatılır.

Oxumağa davam et

Ascia AKF

ASCIA AKF – DƏB BLOGGERİ

image

Sevimli xanımlar bugün sizlərlə türbanlı dəb bloggeri haqqında danışmaq istəyirəm. Bir çoxlarımızın içindən baş örtüsü geymək fikri dəfələrlə keçir, elə deyilmi? Amma risk etmirik. Bəlkə də şıqlığımızı itirməkdən qorxuruq.
Bu xanımla virtual tanış olduqdan sonra siz baş örtüsüylə belə həm dəbli, həm tərzli görünə biləcəyinizə inanacaqsınız. Ascia əslən Küveytlidir.

Oxumağa davam et