2015 yaz-yay trendi enli balaq cins

dittos-2014-2015-fall-autumn-winter-fashion-womens-denim-jeans-vest-jog-sweatpants-overalls-bib-brace-jacket-frayed-legging-flare-acid-wash-quilted-04x

Yavaş-yavaş yaza doğru getdiyimiz bugünlərdə elə yaz-yay trendlərindəndə bəhs etməyin zamanı gəlib.:) 2015 yaz-yay dəbinə nəzər saldıqda isə ilk diqqəti çəkən 70-lərin təsiri olur. Demək olar ki, 2015-də 70-lər dəbinə geri dönürük. Bugündə bəhs etmək istədiyim trend məhz 70-ci illər dəbinin olmazsa olmazı enli balaq cinslərdir. Bu cinsləri artıq hər yerdə görməyə hazır olun. İllərdir alışdığımız skinny cinslər ola bilsin kı, yerini bu enli balaq cinslərə verdi. Bunun nə dərəcədə olacağını isə zaman göstərəcək. Ancaq onuda deyim kı, artıq modanın içində olanları yavaş-yavaş enli balaq cinslərlə görmək mümkündür. Bu tərz şalvarı dəb olmasa belə daim öz qarderobunda və geyimində yer verənlərdə az deyil. Hippi və bohem tərzini mənimsəyənlərin isə vazkeçilməz geyim parçalarındandır.

Enli balaq cinslərin formalarına və hansı geyimlərlə yaraşacağınada nəzər salaq.
Yüksəkbel enli balaq cins çox görüləcək tərzlərdən olacaq. Bu tərz şalvarları isə üst geyimi çox bol olmamaq şərtilə şalvarın içinə salaraq geyinmək daha gözəl görünəcək.IMG_2547 IMG_2552
 Enli balaq cinsləri seçərkən diqqət edilməsi gərəkən ən önəmli şey şalvarın çox qısa olmaması ya geyilən ayaqqabını tamamilə, ya da yarıya qədər örtməsidir.
Bundan başqa tərzinə uyğun olaraq bu cinslər köynək, t-şırt, crop-toplarla, uzun pencək və kardiqanlarla gözəl görünür.
IMG_2558 IMG_2559 IMG_2560 pfw-spring-2015-street-style-12 IMG_2561 88c52c1d77efdb840dcb2cc48ff17d01 flared-jeans trend-2015-trend-flared-jeans_35651_66470
Ayaqqabı seçimində isə hündür və qalın dabanlar daha münasib olar.