Düzgün seçilmiş broş – yaxa sancağı sıradan bir geyimi görkəmli hala salmağa qadirdir. Broşlar ən çox yaxada tərcih olunsada saçınızda, şalınızda, çantanızın üzərində, hətta ayaqqabınızdada istifadə edə bilərsiz. Broş deyəndə ağıla yaşlı işi aksesuar gələ bilər. Ancaq son zamanlarda bu fikir artıq dəyişib.Çünki broşlar bir neçə sezondur ki, glamur və trend aksesuara çevrilib. Mənimdə maraq dairəmə girən broşların, xüsusilə günlük geyimlə istifadə olunan modellərini çox bəyənirəm.
Fikir versəz markaların kolleksiyalarında sviterlərin, donların, kardiqanların üzərindədə broşları görə bilərsiz.
Broşlar kişi geyimindədə yaxa aksesuarı olaraq çox dəbdir.Broşların ən çoxda heyvan, böcək, geometrik, simvolik formalı olanları diqqət çəkir.Məsələn Kostyumların dəb olduğu bu sezonda, yaxanıza taxacağınız maraqlı bir broş sizi hər kəsdən fərqli göstərəcək. Broş seçərkən tərzinin geyiminizə uyğun olmasına diqqət edin. Broşun geyiminizlə kontraslı olması sizi daha da şıq göstərəcək. Çalışın broş taxdığınız zaman digər aksesuarlarınızı minimuma endirəsiz. (Üzük, saat və ya sırğa kifayətdir) Məsələn həm broş, həm boyunbağı geyiminizi bayağı və yorucu göstərə bilər.