Son illerin trend çantaları

chanel_handbag_aw14_style_handbags_up_close_fashion_collection_autumn_winter_2014_shopping_bag_handbagcom-2
Xanımların əsas aksessuarı olan çantalar son illərdə daha şıq hal alıb. Həm kiçik, həm də böyük ölçülərdə olmasına baxmayaraq bir çox brendlərin çantaları dəb həvəskarlarının əlindən düşmür. Çantaları seçərkən əsasən boyumuzun ölçüsünə diqqət etmək kifayətdir. Hündür boylu xanımlar istənilən ölçüdə çanta götürə bilərlər. Qısa boylu xanımlar isə böyük və bol görünən çanta tutmaqdan çəkinməlidirlər. Belə ki bu çantalar onların boyunu daha da qısalda bilər.

Bugün sizlərə son illərin trend olan əsas çantalarından danışmaq istəyirəm. Hamımızın hər dəfə dəb jurnallarında, ziyafətlərdə, bloqlarda gördüyümüz bu çantalar dünyanın ən məşhur brendlərinə məxsusdur.

1. Chanel vintage adlanan çantalar sırıqlı çantalardır. 2010 -cu ildən dəbə gələn Chanel brendinə məxsus bu çanta modeli son illərdə daha şıq modellərini təqdim etməyə başladı. Buna baxmayaraq klassik modeli daha çox satılan çantalar içərisindədir. Qiyməti 3000-5000 $ arasında dəyişir.

Chanel-Black-Boy-Chanel-Quilted-Medium-Bagchanel-black-patent-classic-quilted-mini-2-55-flap-bag-1vintage-chanel-bag-e1330162695722966x642

2. Celine brendinə məxsus olan kiçik boy və orta boy əl çantaları son illərdə küçə dəbində ən sıx görülən çantalardır. Çantanın özəlliyi kənara çıxan qulaqcıqlarının olmasıdır. Günlük geyimlərə şıqlıq qatan bu çantalar son 2 ildə daha da aktuallaşdı. Qiyməti 1500-3000 $ arasında dəyişir.

Celine-Luggage-Tote165213wsb.06bb_1london-street3-06_140935217091_17273337979celine+bag+street+style+nyc+september+2012

3. Hermes Kelly və Birkin bag adlanan çantalar orta boylu olduqca rahat görkəmə sahib geniş çantalardır. Hermes brendinə məxsus bu çanta dəb həvəskarlarının hər mövsümdə seçimi olur. Qiyməti 5000-7000 $ arası dəyişir.

HT_hermes_birkin_bag_jef_130923_16x9_992IMG_1476

Çantaların qiyməti rəsmi səhifələrdən götürülmüşdür. Qeyd etdiyim qiymətlər original məhsula aid olan qiymətlərdir. Bu çantaların fake (saxta) versiyalarını istənilən bazarlardan, dükanlardan tapmaq mümkündür.

Sonda sualım olacaq 🙂 Sizin trend olan bu çantaların fake versiyalarına münasibətiniz necədir?

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma