image

Artıq payız-qış mövsümünün gəlişi ilə cildimizdə quruluq hiss olunmağa başlayır. Cildimizi qırışlardan qorumaq üçün quru havalarda nəmləndirici krem və ya lasyonlardan istifadə etməliyik. Quru dərili xanımlar adətən il boyu nəmləndiricilərdən istifadə edirlər. Yağlı dərisi olan xanımlar isə payız-qış mövsümündə nəmləndirici vasitələrdən istifadə etməyi unutmamalıdırlar. Nəmləndiricilər istifadə etdiyimiz tonal kremlərin, həmçinin pudraların da tərkibində ola bilər. Ya da istəyə uyğun olaraq tonal krem və ya pudradan əvvəl nəmləndirici vasitə vura bilərsiniz. Bu zaman kosmetik vasitələr cildinizə daha yaxşı oturacaqdır.

Dünyada kosmetoloq və dermatoloqlar, həmçinin istifadəçiləri tərəfindən bəyənilən nəmləndirici vasitələr vardır. Biz onlardan bəzilərini sizə təqdim edirik:
1. Clinique moisture surge
Keçən ilin 1 nömrəli nəmləndiricisi seçilən bu vasitə əsasən quru dərilər üçün nəzərdə tutulub. Cildinizə azca parlaqlıq verəcək, 8 saata qədər cildinizdə qalacaq. Qiyməti 30 AZN civarındadır.

image

2. Mary Kay intense moisturizing cream.
Amerika kosmetik firmasının nəmləndiricisi də bir çox istifadəçilər tərəfindən bəyənilib. İstifadəçilərinin fikrinə görə cildi həm yumşaldır, həm də gün boyu sağlam göstərir. Bütün növ dərilər üçün nəzərdə tutulub. Qiyməti 25 AZN civarındadır.
image

3. Mac strobe cream.
Ən keyfiyyətli nəmləndiricilərdən biridir. Cildə həm parlaqlıq, həm canlılıq, həm də yumşaqlıq verir. Qiyməti 30-40 AZN civarındadır.
image

4. Clarins hydraquench moisture.
Clarins firmasının bir çox çeşiddə nəmləndirici vasitələri var. Onlardan sadəcə birini sizə təqdim edirik. Bu vasitə istifadəçiləri tərəfindən ən müsbət rəylər almışdır. Cildə tez hopması, cildi yumşaltması xüsusi vurğulanır. Qiyməti 50$ olduğu deyilir.
image s

5. Clinique dramatically lation.
Clinique firmasına məxsus 3 növ dəriyə məxsus ayrı şəkildə buraxılır. Dünyada ən çox istifadə olunan nəmləndiricilərdən biridir. Müalicəvi effekti var. Qiyməti 40-50 AZN civarındadır.
image

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma