Nemlendirici kremler

image

Artıq payız-qış mövsümünün gəlişi ilə cildimizdə quruluq hiss olunmağa başlayır. Cildimizi qırışlardan qorumaq üçün quru havalarda nəmləndirici krem və ya lasyonlardan istifadə etməliyik. Quru dərili xanımlar adətən il boyu nəmləndiricilərdən istifadə edirlər. Yağlı dərisi olan xanımlar isə payız-qış mövsümündə nəmləndirici vasitələrdən istifadə etməyi unutmamalıdırlar. Nəmləndiricilər istifadə etdiyimiz tonal kremlərin, həmçinin pudraların da tərkibində ola bilər. Ya da istəyə uyğun olaraq tonal krem və ya pudradan əvvəl nəmləndirici vasitə vura bilərsiniz. Bu zaman kosmetik vasitələr cildinizə daha yaxşı oturacaqdır.

Oxumağa davam et

Advertisements

Debde romantik print

image

70 -ci illərdən müasir dəb kolleksiyalarına daxil olan romantik printlər 2014 -ün qış aylarından daha çox nəzərə çarpmağa başladı. Dəb həftələrində məşhur brendlərin kolleksiyalarında bu printlərlə qarşılaşdıq. Dəb ulduzları kolleksiyalarına bu printləri sevərək əlavə etməyə başladılar. Romantik printlərin ən məşhur növləri ürək və dodaq printləridir. Bütün mövsümlərdə istər geyimlərimizdə, istər aksesuarlarda ürək və dodaq printlərindən istifadə etmək mümkündür.

Oxumağa davam et