8Almalı və ya cemli piroq reseptləri həqiqətən çoxdur. Məndə birini sınaqdan keçirdim və çox bəyəndim. 🙂 Yumuşaq, nəmli, zərif piroq alınır. Həm isti, həm də soyuq halda dadlı olur. (Ən çox isti halını bəyəndim) Hazırlanmasıda sadədir. Sınaqdan keçirməyə dəyər 😉

Tərkibi:

Alma – 2-3 ədəd orta böyüklüdə

Un – 250 qram ( 2 orta boy su stəkanı)

Yumurta – 2 ədəd

Şəkər tozu – 1 böyük su stəkanı

Yağ – 200 qram ( soyuq marqarın və ya kərə)

Qabartma tozu – 1 çay qaşığı

Hazırlanması: Yumurtanın ağlarını sarılarından ayırıb soyuducuya qoyuruq. Sarılarını yarım stəkan şəkər tozu ilə yaxşı qarışdırırıq. Soyuq marqarini bıçaqla xırda doğrayıb bura əlavə edirik və çəngəllə əzərək qarışdırırıq. Daha sonra isə unu və qabartma tozunuda bura əlavə edib ələ yapışmayan zərif xəmir hazırlayırıq.

11Xəmirin 3/1 hissəsini ayırıb donduruyuca qoyuruq (təxmini yarım saatlıq)

2Xəmirin qalan hissəsini isə istifadə edəcəyiniz yağlanmış soba qabına əllə yayırıq. (Mən 22cm-lik yuvarlaq qabdan istifadə etdim)

3Bundan sonra keçirik piroqun içliyinin hazırlanmasına. Almaları rəndənin orta gözündən keçiririk.

4

Yumurtanın ağlarını mikserlə qatılaşana kimi çalırıq və qalan yarım stəkan şəkər tozunuda əlavə edib biraz da çalırıq. Almanıda əlavə edib qaşıqla qarışdırırıq.

5Hazırladığımız almalı içliyidə soba qabına yayırıq. Daha sonra isə dondurucuya qoyduğumuz xəmiri rəndələyib üzərinə səpirik.

6Piroqu 180 dərəcədə qızdırılmış sobada 40 dəqiqə bişiririk.

Nuş olsun 🙂

DSC_1069

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma