IMG_0195

Tərkibi:

Biskvit üçün:

4 yumurta (otaq temperaturunda)

1 stəkan şəkər tozu

1 stəkan un

1 paket vanil

1 paket qabartma tozu

Hazırlanması: Yumurtaların ağını və sarısını ayrıca mikserlə təxminən 10 dəqiqə çalırıq. (şişib ağarmalıdırlar) Ağını çalarkən 1 stəkan şəkər tozunu əlavə edərək çalın)

IMG_0189Daha sonra sarısınl ağına qatırıq spatula vasitəsilə ehtiyatla qarışdırırıq. Ayrı qabda 1 stəkan unu ələyirik vanil və qabartma tozunuda əlavə edirik. Quru inqridentləri yumurtalı qarışığa əlavə edib yenidən spatula vasitəsilə ehtiyatla qarışdırırq.

IMG_0190Sobanı əvvəlcədən 180-200 dərəcədə isidirik. Soba qabının hər tərəfini  yağlayırıq və hazır olan qarışığı bərabər şəkildə buraya əlavə edirik.IMG_0191 IMG_0192Sobanın orta gözündə təxmini 30-40 dəqiqə bişiririk.

IMG_0193Kremin hazırlanması: Adi zavarnoy krem kimi tanıdığımız kremdən istifadə etdim.

Tərkibi:

4 stəkan süd

2 yumurta

yarım stəkən un

1,5 stəkan şəkər tozu

200 qram kərə yağı

vanilkremQazanda süd, vanil və unu qarışdırırıq. Ayrı qabda yumurta və pesoku biraz ağarana qədər çalırıq və qazandakı qarışığa əlavə edirik. Ocağa qoyub qaynamağa yaxın, qatılaşana qədər qarışdırmağa davam edirik. Ocaqdan alıb soyumağa qoyuruq. 200 qram yumuşalmış  kərə  yağını  əlavə edirik və  mikserlə qarışana qədər çalırıq. Krem hazırdır. Kremi biraz soyuducuda  qoyuruq. (mən kremi iki yerə ayırdım və bir hissəsinə 2 yemək qaşığı kakao əlavə etdim. Tortun içi üçün ağ, üstü üçün kakaolu kremdən istifadə etdim)

Biskiviti islatmaq üçün şərbət

Hazırlanması: 2 stəkan şəkər tozu və 2 stəkan suyu qazana töküb ocağa qoyuruq əriyib qaynayanda ocaqdan alırıq. Üzərinə vanil və azca limon suyu əlavə edirik.

Biskiviti yandan 2 ya da 3 yerə kəsirik, bu hazırladığımız şərbətlə hər qatını isladırıq. Daha sonra arasına hazırladığımız kremdən bol çəkirik və aralarına xırdalanmış qoz səpirik. Ən üst qatına isə kakaolu krem çəkirik, həmçinin kənarlarına. Qozla bəzəyirik.

IMG_0194Tort hazır olduqdan sonra 1 saat soyuducuda qoyuruq.

Nuş olsun 🙂

Advertisements

Qozlu tort” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma