Annabelle Fleur

Annabelle Fleur – Dəb bloggeri
image

Annabelle Fleur Latviyada anadan olmuş, 14 yaşında ikən ailəsi ilə birlikdə Kanadaya köçmüşdür. Hal-hazırda həyat yoldaşı ilə birlikdə Los Angelesdə yaşayır. Bloqunu 2011 -ci ildə çox sevdiyi Hollywoodlu dizayner Elisa Ferraridən ilham alaraq yaratmışdır. Annabelle artıq dünyaca tanınmış bir dəb bloggeridir. Onun tərzi sadəliklə yanaşı həm də şıqdır. Şıqlığını aksessuarlarla tamamlamağı sevən bu xanımın ən çox sevdiyi bəzəyi üzüklər və qolbaqlardır.
Annabelle bloqunda paylaşdığı postlarda tərzindən və geyimlərindən geniş yazır, həyatında baş verən maraqlı hadisələri pərəstişkarları ilə bölüşür. Bloqu bir çox mükafatlara layiq görülmüşdür.

Read more