11Ballı tortun muxtəlif cür reseptləri var. Dadlı, yumşaq tort hazırlamaq istəyirsinizsə bu reseptdən istifadə edə bilərsiniz. Bayram üçündə yaxşı seçim olar 🙂

Tərkibi:5 yemək qaşığı bal

1 stəkan şəkər  tozu

1 çay qaşığı soda

100 qr kərə yağ (otaq temperaturunda)

3 yumurta

3 stəkan un

(Əgər balaca soba qabından istifadə edəceksinizsə bir porsiya bəsdir. Mənim soba qabım böyük olduğu üçün 2 porsiya etdim. Hündür olması üçün 😉 )

Krem üçün:

4 stəkan süd

2 yumurta

yarım stekən un

1 stəkan şəkər tozu

100 qram yağ

1 banka  qaynadılmış qatılaşdırılmış süd

Hazırlanması: Balı qazana töküb, biraz qarışdırırq, üzərinə  şəkər tozu əlavə edirik.  Şəkər tozu əriyib kimi olanda (təxmini 5 dəqiqəyə) üzərinə soda tökürük.  Təxmini 1 dəqiqə ocaqda qarışdırıb ocaqdan kənara alırıq. Kənarda qarışığa 100 qram yağ əlavə edib qarəçdırırq. Qarışıq biraz soyuyanda yumurtaları tək-tək əlavə edərək qarışdırmağa davam edirik. Daha sonra  isə unu əlavə edirik.  (un 3 stəkandan daha çoxda  ola bilər. Ələ yapışmayan yumuşaq xəmir alınmalıdır. Xəmiri hazırlayıb üstünü örtərək  1 saat qoyuruq.

1 2 4 5Krem üçün isə qazanda süd, vanil və unu qarışdırırıq. Ayrı qabda yumurta və pesoku biraz ağarana qədər çalırıq və qazandakı qarışığa əlavə edirik. Ocağa qoyub qaynamağa yaxın, qatılaşana qədər qarışdırmağa davam edirik. Ocaqdan alıb soyumağa qoyuruq. Qatılaşdırılmış südü ağzını açmadan öz qabında qazanıda suyun içində 2-3 saat qaynadırıq, soyuduqdan sonar isə kremə əlavə edirik, həmçinin  100qram yumuşalmış  kərə  yağıda əlavə edirik və  mikserlə qarışana qədər şalırıq. Krem hazırdır. Kremi biraz soyuducuda  qoyuruq.

kremXəmir 1 saat qaldıqdan sonra 10 bərabər hissəyə bölünür. Xəmiri yağlı soba kağızı  üzərində yayırıq. (əgər yaymaq çətin  olsa undan istifadə edin) Hər lay sobada təxmini 200 derecede 10 dəqiqə bişirilir. Layın birini tortun üzəri üçün xırda ovuruq.  Laylar bişib hazır olduqdan sonra aralarına və kenarlarına bol krem çəkirik və  üzərini, kənarlarını ovuntuyla bəzədirik. 2 saat soyuducuda  qaldıqdan sonra ballı tort yeməyə  hazırdır. Nuş olsun 🙂

6

10

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma