Köynək donlar rahat və çoxyönlü olması ilə xanımların sevimlisi ola bilər. 2014 yaz-yay trendlərinı aid olan köynək donlar feminen və maskülen tərzlər arasında kontrast təşkil edir, bir yandan geyimə cazibə, bir yandan da sofistik hava qatır.
Yəni həftənin hansı günü olmasından asılı olmayaraq, istər ofisdə, istər həftə sonları və ya tədbirlər üçün yaxşı seçim ola bilər.
Yay aylarında daha çox rəng olaraq ağ və pastel tonlarına üstünlük verilir. İstəyinizə görə cins, pambıq, kətan, şifon, satin kimi materiallardan olan köynək donları asanlıqla tapa bilərsiz.
Müxtəlif forma və uzunluqda olan bu geyim parçası ilə, aksesuarları (kəmərlər, şərflər, statement aksesuarlar, klassik və ya idman üslubunda ayaqqabılar və.s ) dəyişməklə fərqli kombinlər hazırlamaq olar.
Cool