Yay mövsümü olduğu üçün artıq kosmetik vasitələrimizdə SPF faktorunun olmasına diqqət etməliyik. Belə ki günəş şüaları cildimizin və dərimizin ən böyük düşmənidir. Son illər günəş şüalarının təhlükəli olması nəticəsində “dəri xərçəngi” xəstəliyi kəskin sürətdə artmışdır. Üz dərimizi günəş şüalarından qorumasaq  qocalma prossesi daha tez gedə bilər. Bütün bunların qarşısını almaq üçün əslində sadəcə dənizə və ya çimərliyə gedərkən deyil, günəşə çıxdığımızda günəş kremlərindən istifadə etməliyik.  Günəş kremləri bütün kosmetik markaların kolleksiyalarında var və bu vasitələr tərkibində SPF (Sun Protection Factor) olması ilə seçilir.

SPF 25, 30. 50 kimi miqdarlarda ola bilər. Sizə tövsiyyəm günəş kremini istifadəyə başladığınızda SPF 30 ilə başlayın. Daha çox miqdarlı SPF -li kremlərə ehtiyac olduğunda keçə bilərsiniz. Üz dərinizin tipinə uyğun (yağlı, quru, normal) krem seçməyə çalışın, yoxsa cildinizdə problem yaranar. Mənim kimi yağlı və problemli dərisi olanlar SPF -li krem seçərkən daha diqqətli olmalıdır. Ona görə də günəş kremlərinin təqdimatına yağlı dərilərdən başlayıram.

1. BIODERMA AKN Mat  SPF 30
Bakıda İdeal və Sabina dükanlarında 30 AZN civarındadır.

image

2. PRIORI COFFEE BERRY SPF 25
Bu krem Bakıda satılmır. Amma ebay.com və digər online saytlardan sifariş etmək mümkündür. Kremin  digər keyfiyyəti də qırışlara qarşı olmasıdır.

image3. CLINIQUE – Bu günəş kreminin həm üz, həm də bədən üçün olan vasitələri var. Hər ikisinin effektli olduğu deyilir. Bakıda İdeal və Sabina dükanlarında 30- 40 AZN qiymətinə satılır.

image

image

4. DERMALOGICA SPF 30 – Bu kosmetika markası problemli cildi olanlar üçün tövsüyyə olunur. Bakıda satışı yoxdur, online olaraq sifariş etmək mümkündür. Qiyməti 50 AZN civarındadır.
image5. Garnier SPF 10-50 dək. Daha çox bədən üçün olanından istifadə etməyi tövsiyyə edirəm. Qiyməti ucuz olduğundan vasitənin daha çox kimyəvi olduğunu düşünürəm. Üz cildiniz üçün keyfiyyətli günəş kremlərinindən istifadə edin.

image

image

6. Sonda isə uşaqlarınız üçün Johnson Baby günəş kremlərinin uyğun olduğu söylənilir. Uşaqların cildi daha həssas olduğundan onları günəşdən qoruyun.

SPF -li kremler” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma