SPF -li kremler

Yay mövsümü olduğu üçün artıq kosmetik vasitələrimizdə SPF faktorunun olmasına diqqət etməliyik. Belə ki günəş şüaları cildimizin və dərimizin ən böyük düşmənidir. Son illər günəş şüalarının təhlükəli olması nəticəsində “dəri xərçəngi” xəstəliyi kəskin sürətdə artmışdır. Üz dərimizi günəş şüalarından qorumasaq  qocalma prossesi daha tez gedə bilər. Bütün bunların qarşısını almaq üçün əslində sadəcə dənizə və ya çimərliyə gedərkən deyil, günəşə çıxdığımızda günəş kremlərindən istifadə etməliyik.  Günəş kremləri bütün kosmetik markaların kolleksiyalarında var və bu vasitələr tərkibində SPF (Sun Protection Factor) olması ilə seçilir.
Read more