image

Gün ərzində bloqlar, sosial şəbəkələr minlərlə foto paylaşır. Hətta biz foto çəkərkən onun ən gözəl effektlə alınmasına çalışırıq. Paylaşdığımız fotoların ən keyfiyyətlisini seçirik. Gözəl çəkilmiş foto gördüyümüzdə fotoqrafa və onun fotoaparatına özümüzdə maraq oyanır. Müasir dövrü fotoqraflarsız təsəvvür etmək mümkün deyil. Artıq fotoqraflar bizim həyatımızın bir parçasına çevrilib, love story -lər, wedding story -lər, baby fotosessiyalar və s. Ən nəhayət günümüzün ən məşhur fotoqrafiya trendi  – “selfie” və “follow me” fotoları daim gündəmdədir.
Murad Osman “follow me” trendini fotoqrafiyaya gətirən məşhur fotoqrafdır.

O 1985 -ci ildə Dağıstanda dünyaya gəlmiş, 1990 -cı ildən Moskvada yaşamağa başlamışdır. Fotoqrafiyaya olan həvəsindən gənc yaşlarında Avropaya getmiş, orada fotoqraflığın sirlərini öyrənməyə başlamışdır.

image

image

image

2011 -ci ildə sevgilisi ilə birlikdə dünya gəzintisinə çıxan Murad Osman gəzdikləri bütün şəhərlərdə “follow me” adı altında fotolar çəkir. Bu fotoları instagram hesabından paylaşmağa başlayır, bununlada məşhurlaşır. Follow me –  yəni məni izlə və ya əlimi tut mənasında çəkilən şəkillərdir. Bəlkə də artıq sizin də belə şəkilləriniz var 🙂
Murad Osman artıq dünyanın məşhur fotoqraflarından birinə çevrilib. O bir çox şəhərlərə dəvət alır, məşhur jurnalların üz qabığında yer alır. Əksəriyyəti onun milliyyətcə rus olduğunu deyir, amma əslən hansı millət olduğu tam dəqiq deyil.

image

image

Murad Osman bir neçə gün əvvəl paylaşdığı fotoda sevgilisi Natalya Zaxarovaya evlilik təklifi etmiş və onun cavabı olaraq : She said YES yazmışdır.

image

Murad Osman -fotoqraf” üzərinə 2 şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma