ALINAZIK – TÜRK YEMƏYİ

image

Türk mətbəxi mənə görə bizim mətbəximizdən çox zəngindir. Fərqli bir şey bişirmək istədiyimdə türk yemək bloqlarına baş çəkirəm, xoşuma gələni seçirəm və hazırlayıram. Ramazan ayının gəlməsi ilə iftara daha yaxşı hazırlaşmaq və düzgün qidalanmaq üçün tərəvəzli, həm də proteinli yeməklərə üstünlük verirəm. Bugün sizlərlə, həm tərəvəzli, həm kalorili, həm də proteinli sadə, həm də çox ləzzətli yemək paylaşacam. Siz də iftar süfrələrinizə təqdim edə bilərsiniz. Yeməyin adı  alinazik 🙂

Tərkibi:
6 ədəd orta boy badımcan;
2 stəkan qatıq;
xırda doğranmış və ya çəkilmiş ət (qoyun əti də ola bilər);
bitki yağı;
kərə yağı;
qırmızı pul bibər;
cəfəri;
duz.

image

Əvvəlcə badımcanların qabığını soyuruq və xırda kubik formasında doğradıqdan sonra 1 saata yaxın müddətdə duza qoyuruq. Acılığı çıxdıqdan sonra yuyuruq. Tavada isti ocaqda yağsız qızardırıq, yəni közləyirik. Qızardıqdan sonra boşqaba töküb, kənara soyumaq üçün qoyuruq. Soyuduqdan sonra üstünə qatıq töküb qarışdırırıq.

image

image

Tavaya bitki yağı və arzuya görə kərə yağı əlavə edirik. Ayırdığımız əti bu yağda qızardırıq. Qızarmağa yaxın qırmızı pul bibər, duz və toz bibər əlavə edirik. Qızarmış ətimiz hazır oldu.

image

Qatıqla qarışdırılmış badımcanı servis edəcəyiniz qaba tökün, sonra üzərinə qızardılmış əti əlavə edin. Üzərinə xırda doğranmış cəfəri və dilimlənmiş pomidor qoyun. Nuş olsun 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma