Qozlu tort

 

IMG_0195

Tərkibi:

Biskvit üçün:

Oxumağa davam et

Advertisements

Annabelle Fleur

Annabelle Fleur – Dəb bloggeri
image

Annabelle Fleur Latviyada anadan olmuş, 14 yaşında ikən ailəsi ilə birlikdə Kanadaya köçmüşdür. Hal-hazırda həyat yoldaşı ilə birlikdə Los Angelesdə yaşayır. Bloqunu 2011 -ci ildə çox sevdiyi Hollywoodlu dizayner Elisa Ferraridən ilham alaraq yaratmışdır. Annabelle artıq dünyaca tanınmış bir dəb bloggeridir. Onun tərzi sadəliklə yanaşı həm də şıqdır. Şıqlığını aksessuarlarla tamamlamağı sevən bu xanımın ən çox sevdiyi bəzəyi üzüklər və qolbaqlardır.
Annabelle bloqunda paylaşdığı postlarda tərzindən və geyimlərindən geniş yazır, həyatında baş verən maraqlı hadisələri pərəstişkarları ilə bölüşür. Bloqu bir çox mükafatlara layiq görülmüşdür.

Oxumağa davam et

“Yırtıq jeans” trendi

image

Jeans parçalar geyimimizin ayrılmaz hissəsidir. Elə bir xanım yoxdur ki, onun qarderobunda jeans olmasın. Bu ilin jeans geyimləri arasında ən çox dəbdə olan yırtıq jeans trendidir. Belə ki bu trend daha çox şalvarlarda gözə çarpsada əslində jeans köynək və pencəklərdə də öz əksini tapır. Günlük geyimlər nümayiş etdirən bütün brendlərin kolleksiyalarında yırtıq jeans şalvarların hər növünü görmək olur: boyfriend, skinny modellərdə daha çox gözə çarpır. Sadəcə yaz-yay mövsümünün deyil ilin bütün fəsillərində geyinə biləcəyiniz bu trendi geyim dolabınıza əlavə etmək lazımdır.

Oxumağa davam et

SPF -li kremler

Yay mövsümü olduğu üçün artıq kosmetik vasitələrimizdə SPF faktorunun olmasına diqqət etməliyik. Belə ki günəş şüaları cildimizin və dərimizin ən böyük düşmənidir. Son illər günəş şüalarının təhlükəli olması nəticəsində “dəri xərçəngi” xəstəliyi kəskin sürətdə artmışdır. Üz dərimizi günəş şüalarından qorumasaq  qocalma prossesi daha tez gedə bilər. Bütün bunların qarşısını almaq üçün əslində sadəcə dənizə və ya çimərliyə gedərkən deyil, günəşə çıxdığımızda günəş kremlərindən istifadə etməliyik.  Günəş kremləri bütün kosmetik markaların kolleksiyalarında var və bu vasitələr tərkibində SPF (Sun Protection Factor) olması ilə seçilir.
Oxumağa davam et

“Ve daglardan seda geldi”

Xalid Hüseyni – “Və dağlardan səda gəldi”

image

Əslən əfqan olan Xalid Hüseyninin 3 -cü məşhur romanı “Və dağlardan səda gəldi” hamımız üçün yazılmış bir kitabdır. Sadəcə əfqan həyatı ilə tanış olmaq istəyənlərin yox, həmçinin insanlığın nə olduğunu dərk etmək istəyənlər üçün olduqca gözəl nümunədir bu kitab.. Kitabı oxuduqdan sonra bəlkə də ruhumuzda olub amma üzə çıxarmağa qorxduğumuz hissləri bu kitabın sayəsində kəşf edəcəyik. Hər kəsə oxumağı mütləq tövsiyyə etdiyim bu kitabda əsas süjet xətti Əfqanıstanın kəndində dünyaya gəlmiş bir qardaş və bacının hekayəsi durur.

Oxumağa davam et