“QEYRI-ADI BAKI”

Bu yaxınlarda bir dostumuzun sərgisinə dəvət almışdıq. “Qeyri-adi Bakı” adlanan bu sərgidə Azərbaycanın bir çox fotoqraflarının foto-şəkilləri nümayiş olunurdu. Foto şəkillərdə fotoqrafların gözü ilə Bakının müəyyən görüntüləri əks olunmuşdu. Fotolara nəzər saldıqca Bakının ən mükəmməl görüntülərini seyr etmək mümkün idi, hansı ki biz adi halda bunları görə bilmərik. Fotoqrafın gözüylə Bakıya baxış tam fərqli idi, burada ahənglər, rənglər, anlar qeyri-adi şəkildə görünürdü. Düşünürəm ki bu kimi tədbirlərin şəhərimizdə keçirilməsi ürəkaçandır. Belə ki gənc fotoqrafları həvəsləndirmək, işlərinə qiymət verilməsi gələcəkdə fotoqrafların daha peşəkar olmasına kömək edəcək.

Oxumağa davam et

Advertisements

Ismayilli gezintisi

image

Mən özüm Zaqatalada dünyaya gəlmişəm və 25 ildən çox orada yaşamışam. Evimizin gözəl mənzərəsi var idi. Hər yaz yaşıllaşan, göz qamaşdıran dağlar bizə çox yaxın idi. İstədiyimiz zaman bu gözəl dağ havasını alar, bəzən çay kənarında oturardıq. Heç ağlıma gəlməzdi ki o mənzərə, o yaşıllıq, o çay üçün darıxaram.. Hətta bu təbiətin necə dəyərli olduğunu təəssüf ki gec dərk edərəm. Bakıya yazın gəldiyi çox az şəkildə hiss olunur. Burada piknik üçün gözəl parklar yoxdur. Baxmayaraq ki tez-tez parklar açılır. Amma biz istədiyimiz kimi onlardan faydalana bilmirik. Elə bu vaxtlarda Zaqatala üçün çox darıxıram. Zaqatala kimi yaşıllığı bol olan İsmayıllı rayonu Bakıya ən yaxın rayondur. Maşınla normal sürətlə getsək 2 saat yarıma İsmayıllıya çatmaq olur.

Oxumağa davam et

Kristina Bazan

Dəb bloggeri – Kristina Bazan

image

Bu gün sizlərlə İsveçrəli məşhur blogger haqqında danışmaq istəyirəm. Kristina Bazan 20 yaşındadır, universitet tələbəsidir. Bloqunu 2011 -ci ilin yanvar ayında yaratmış, həmin ilin sonunda Yaponiyada keçirilən bloggerlərin yığıncağına dəvət almışdır. Kristinanın məşhur dəb  həyatı bloqunu açdıqdan 1 il keçməmiş başlayır. O, bir çox məşhur brendlərlə müqavilələr imzalayır, D&G, LV, Dior və bu kimi lüks brendlərin nümayişlərinin qonağı olur. Vogue, Harpers Bazaar kimi məşhur jurnallara müsahibə verir. Coachella musiqi festivalına, Kann film festivalına bu il ilk dəfə dəvət alır.

Oxumağa davam et

2014 trendi : Parıltı detalı

image

Hələ bir neçə il öncə biz Hollywood ulduzlarını, küçə dəbinin ulduzlarını parıldayan detallarla birlikdə görə bilirdik. Bu il isə bu trend daha da göz oxşamağa başlayıb. Multi brendlərin kolleksiyalarında bu detalın yalnız geyimlər üzərində deyil, həmçinin aksessuarlar üzərində də istifadə edildiyini görürük. Dəbdə bu trendə “high shine”, “metallic shine” deyirlər. Bizim dilimizə ən uyğun gələn metal parıltısı terminidir.  Amma mən parıltı detalı deyə yazacam.
Parıltı detalı bu günümüzə 60 -cı illərdən gəlir.

Oxumağa davam et