Buse Terim – dəb bloggeri
image

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı olan Buse Terim hal-hazırda Türkiyənin ən sevilən bloggerlərindən biridir. Bu xanım öz dəb təhsilini New Yorkda almışdır. Dəbə olan marağından karyerasını da məhz bu sahə üzərində qurmağı planlaşdırır. Buse Terim öz bloqunu 2010 -cu ildə qurdu və hədəflərinə doğru böyük addımlar atmaqdan heç çəkinmədi. Bəziləri onun məşhur Terimin qızı olduğu üçün böyük uğurlar əldə etdiyini desə də əslində Buse öz peşəsində olduqca peşəkardır, inkişaf etmək üçün əlindən gələni edir. Bir çox brendlərlə birlikdə öz kolleksiyalarını yaradır və bu koleksiyalar çox uğurla satılır. Bloquna gün ərzində minlərlə istifadəçi daxil olur.

Buse Terimin bloqu dəbin bütün incəliklərindən bəhs edir. Bloqda dəb aləmində olan yeniliklər, trendlər, məşhur brendlər, kişi dəbi, həmçinin Busenin layihələri əsas yer tutur. Qadınları maraqlandıran sualların cavabını bu bloqda rahatlıqla tapmaq olur. Digər bloggerlərdən fərqli olaraq Buse Terim öz tərzini deyil, dəbə olan öz baxışlarından yazır.
Mənim də maraqla izlədiyim bu bloq haqqında daha ətraflı oxumaq üçün buseterim.com.tr ünvanına daxil olun.
image

Mən Buseni yaradıcı və zövqlü sayıram. Amma buna baxmayaraq bu xanım sanki öz tərzini hələ tapmamış, sadəcə sevdiyi brendləri geyinən dəbin simasıdır. Tamamilə şərq gözəlliyinə sahib olan bu xanım cazibədən hər zaman kənar qalır.  Niyə? Bilmirəm:) Məsələn, Rusiyanın məşhur dəb simasına çevrilən Mira Duma boyu qısa olsa belə tərzi ilə daima diqqət mərkəzində olmağı bacarır. Buse Terim isə bəlkə də tərzini tapmadığı üçün diqqət mərkəzindən yayınır.

image

image

image

image

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma