2014 yaz-yay trendi: gipur, transparan

image

Daha çox gəlinlik libaslarında görməyə alışıq olduğumuz gipur və transparan detallar bu mövsümün qabaqcıl trendləridir. Transparan ingiliscə transparent sözündən götürülmüş mənası şəffaf deməkdir. Bizim dilimizdə daha çox tül kimi bildiyimiz parçalara deyilir. Amma orijinal termindən istifadə edərək mən də bu trendə “transparan” deyəcəm. Gipur isə ingiliscə lace yəni bağ və ya ip mənasını verir. Daha aydın desək krujeva deməkdir. Amma krujeva rus sözü olduğu üçün “gipur” deyə bu trend haqqında danışacam.

image

image

Dəbin qarmaqarışıq bir hal aldığı dövr gipur və transparan parçalardan günlük geyimlərimizdə belə istifadə etməyi tələb edir. Amma bəlkə də çoxumuz bu detaldan günlük geyimlərimizdə istifadə etməkdən çəkinirik, sanki bu detallar daha çox gecə ziyafətləri və gəlinlik obrazları üçün uyğundur.
Son illərin dəb həftələrinə nəzər salsaq həm fashion show -larda, həm də street style -da bu trenddən çox istifadə edildiyini görürük. Sadəcə lüks brendlər deyil, həmçinin multi brendlər belə öz kolleksiyalarında bu detaldan həm ətəklərdə, həm bluzlarda, hətta çanta və ayaqqabılarda istifadə edirlər, digər parçalarla birləşdirərək düzgün tendensiyanı vurğulamağa çalışırlar. O zaman siz də öz günlük və gecə geyimlərinizdə bu trenddən istifadə etməyə çəkinməyin, bu zərif detal sizi həm şıq, həm eleqant, həm də tərzli göstərəcək.
Gipur donlardan günlük geyimlərinizdə istifadə edərkən aksessuarlarınızın sadə olmasına diqqət edin.
image

image
image
image
Gipur detallı ətəklər bu yaz-yay çox aktualdır. Ona görə də bu ətəkləri qarderobunuza əlavə edin. Həm yay aylarında t-shirtlərlə, həm də qarşıdakı payız aylarında sweat – shirtlərlə geyinə biləcəksiniz.

image
image

image

Gipur bluzlar sadə jeans şalvarlarla, həmçinin sadə ətəklərlə kombinlədiyinizdə görünüşünüzə şıqlıq qatacaq.
image

image
image

Trasparan detalından geyimlərinizdə istifadə edərkən çalışın daha sadə parçalar seçin. Aksessuarlarınızın sadəliyinə və rənginə diqqət edin.
image

image

image

image

Transparan detalı geyimlərinizdə istifadə etmək istəmədikdə buzaman çanta və ayaqqabıkarınızda istifadə edin.
image

image

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma