“Yıxılan rejimin və bitməyən eşqin hekayəti” – Fərəh Pəhləvi  “Xatırələr”

image

“Səni elə adi adama ərə verməyəcəyik. Şah belə ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə bəlkə verərik”  zarafatla deyilən bu sözlərin bir gün həqiqət olacağını yəqin ki, Fərəh Diba da bilmirdi. Fərəh Pəhləvi 1959 -cu ildə İran şahı Məhəmməd Rza Pəhləvi şah ilə ailə həyatı qurur. İran tarixində ilk tac qoyan xanım olur. Kraliça olduğu dövrlərdə İran qadınlarının azadlığı, elm və təhsil uğrunda bir çox dərnəklər təşkil edir.
Fərəh Pəhləvinin xatirələrini təşkil edən bu kitabı mən 2 il əvvəl oxumuşam. Amma hərdən yenə əlimə götürüb vərəqləməyi xoşlayıram, həqiqətən qonşu İranın cəmi 35 il əvvəl tamamilə başqa bir ölkə olduğunu oxumaq həyəcanlıdır.

Çünki İranın həmin tarixləri bizim ölkəmizin müasir iqtisadi inkişaf tarixinə bənzəyir. Bu xanımın xatirələrini oxuduqca bir tərəfdən özündən 20 yaş böyük olan şaha duyduğu sevgini, digər tərəfdən İranı avropalaşdırmaq uğrundakı mübarizəsini hiss edirsən. Az qala həmin dövrün İranını görmək istəyirsən. (Hətta mən İran inqilabdan öncə deyə google da axtarış verib şəkillərə baxmışdım ) Amma 1979 -cu ildə baş verən inqilab üzündən ölkəni tərk etməyə məcbur qalan şah ailəsini qarşıda çox acı bir həyat izlədi.  Bütün bu həyatı və İranın taleyini Fərəh Pəhləvinin dilindən oxuya bilərsiniz. Bəzən kədərlənəcək, bəzən bu xanıma acıyacaq, bəzən də həyatın ondan qisas aldığını görəcəksiniz.
Kitabı oxumağı sizlərə mütləq tövsiyyə edirəm. Kitabı kitab mağazalarından həmçinin, supermarketlərin kitab köşklərindən əldə edə bilərsiniz.

Fereh Pehlevi” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma