Yojik – kiçik tortlar

DSC_1053Ən sevdiyim şirniyyatlardan biri yojik 🙂 Adı ruscadır ancaq dəyişmədim. Çünki bu şirniyyatı balacalığımdan bu adla tanıyıram. Yəqin ki, rus mətbəxinə aiddir.

Tərkibi: Biskivit üçün

300 qram ərinmiş marqarin və ya kərə yağı

6 yumurta

2 stəkan şəkər tozu

3 yemək qaşığı qatıq

soda və ya qabartma tozu

vanil

Lazımi qədər un

Krem üçün: Krem hamının bildiyi südlə hazırlanan kremdir. Hansıki əvvəlki reseptərdə bu kremdən istifadə etmişdim.

Hazırlanması: İlk əvvəl yağı əridirik ki, biraz soyusun. Daha sonra şəkər tozu və yumurtanı çırpıcı vasitəsilə ağarana qədər çalırıq. Bura soyumuş yağı əlavə edirik və qarışdırırıq. Əgər sodadan istifadə edəcəksinizə sodanı qatıqla çalıb qarışığa əlavə edin. Qabartma tozundan istifadə edəcəksinizə sonda unla qarışdıraraq qarışığa əlavə edin. Ardıcıllıqla qatıq və vanilidə əlavə edirik və qarışdırırıq. Sonda unu əlavə edirik və taxta qaşıqla qarışdırırıq.

DSC_1024 DSC_1026 DSC_1028Xəmir çox qatı, ya da çox duru olmamalıdır. Adi biskivit xəmiri qatılığnda olmalıdır. Hazır olduqdan sonra xəmiri soba qabına tökürük və öncədən 180-200dərəcədə isidilmiş sobada bişirirk. Biskivit hazır olduqdan sonra soyuması üçün biraz gözləyirik.

DSC_1030

Biskivit soyuduqdan sonra istədiyimiz ölçüdə dairəvi formada biskiviti kiçik hissələrə ayırırıq. Qalan kəsikləri isə ovaraq xırdalayırıq.

DSC_1036 DSC_1038Şəkildə gördüyünüz formada iki biskivitin arasına krem sürtərək üst-üstə qoyuruq, daha sonra alt hissəsindən başqa hər tərəfinə krem sürtürük və hazırladığımız biskivit ovuntularını üzərinə və kənarlarına səpirik.

DSC_1039

DSC_1052vəə yojiklər hazırdır 🙂 Nuş olsun

Advertisements

Yojik – kiçik tortlar” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma