Şərqin dəb ulduzları – Elie Saab və Zuhair Murad
image
Dəbin tarixinə nəzər saldıqda Avropa qarşımızda canlanır. Coco Chanellə başlayan Karl Lagerfieldlə davam edən dəb imperatorluğuna bugün şərq ulduzları da qatılıb. Dünyanın ən nüfuzlu mükafat gecələrində, ən təntənəli ziyafətlərində Hollywood ulduzlarının sevərək geyindiyi libaslar məhz onlar məxsusdur – Zuhair Murad və Elie Saaba.

Elie Saab əslən Livanlıdır. Uşaqlığını Beyrutda keçirən Elie Saabın ilk müəllimi elə özü olmuş, uşaqlıqda tikişə böyük maraq göstərmiş və paltarla tikməyə başlamışdır. 1981 -ci ildə dəbi daha dərindən öyrənmək üçün Avropaya üz tutdu. Parisdən cəmi 1 il sonra Beyruta qayıdan Elie Saabın hələ 18 yaşı vardı. Elie 18 yaşında Beyrutda öz markasını yaratdı. Bununla da Paris və Milanda da öz dəb evlərini açdı. 1998 -ci ildə hazır geyimlər tikişinə başlayaraq, həmin il Monacoda ilk dəfiləsi baş tutdu. 2002 -ci ildə Oskar mükafatını qazanan Hally Berrynin geyimini tikdikdən sonra dünyanın məşhur dizaynerinə çevrildi. 2003 -cü ildə Haute Couture – də ilk kolleksiyasının nümayiş etdirdi. Hal-hazırda Parisdə, Milanda, Londonda, Livanda butikləri fəaliyyət göstərir.

image

image

image

image

Zuhair Murad 1971 -ci ildə Livanın paytaxtı Beyrutda dünyaya gəldi. Uşaqlıqdan maraqlı şəkillər çəkməyə həvəs göstərən Zuhair Murad 10 yaşında öz məktəbli formasını tikir. Elə həmin illərdə liseylər arasında keçirilən dəb yarışmasının qalibi olur. Bununla da Zuhair bir dizayner olmaq qərarını almış olur. 1995 -ci ildə ilk dəb və tikiş evini quraraq tezliklə Haute Couture -nin üzvünə çevrilir. Həmçinin Parisdə keçirilən dəb həftələrində öz kolleksiyalarını nümayiş etdirir. Dünyanın məşhur ulduzları daim onun geyimlərinə müraciət edirlər. Son illərin trendinə çevrilən tül və güpr geyimlərin məşhur ustası məhz Zuhair Muraddır.  Hal-hazırda dünyanın bir çox şəhərlərində butikləri və geyumlərinin təqdim olunduğu dükanlar fəaliyyət göstərir.

image

image

image

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma