“QEYRI-ADI BAKI”

Bu yaxınlarda bir dostumuzun sərgisinə dəvət almışdıq. “Qeyri-adi Bakı” adlanan bu sərgidə Azərbaycanın bir çox fotoqraflarının foto-şəkilləri nümayiş olunurdu. Foto şəkillərdə fotoqrafların gözü ilə Bakının müəyyən görüntüləri əks olunmuşdu. Fotolara nəzər saldıqca Bakının ən mükəmməl görüntülərini seyr etmək mümkün idi, hansı ki biz adi halda bunları görə bilmərik. Fotoqrafın gözüylə Bakıya baxış tam fərqli idi, burada ahənglər, rənglər, anlar qeyri-adi şəkildə görünürdü. Düşünürəm ki bu kimi tədbirlərin şəhərimizdə keçirilməsi ürəkaçandır. Belə ki gənc fotoqrafları həvəsləndirmək, işlərinə qiymət verilməsi gələcəkdə fotoqrafların daha peşəkar olmasına kömək edəcək.

Oxumağa davam et

Advertisements