Ismayilli gezintisi

image

Mən özüm Zaqatalada dünyaya gəlmişəm və 25 ildən çox orada yaşamışam. Evimizin gözəl mənzərəsi var idi. Hər yaz yaşıllaşan, göz qamaşdıran dağlar bizə çox yaxın idi. İstədiyimiz zaman bu gözəl dağ havasını alar, bəzən çay kənarında oturardıq. Heç ağlıma gəlməzdi ki o mənzərə, o yaşıllıq, o çay üçün darıxaram.. Hətta bu təbiətin necə dəyərli olduğunu təəssüf ki gec dərk edərəm. Bakıya yazın gəldiyi çox az şəkildə hiss olunur. Burada piknik üçün gözəl parklar yoxdur. Baxmayaraq ki tez-tez parklar açılır. Amma biz istədiyimiz kimi onlardan faydalana bilmirik. Elə bu vaxtlarda Zaqatala üçün çox darıxıram. Zaqatala kimi yaşıllığı bol olan İsmayıllı rayonu Bakıya ən yaxın rayondur. Maşınla normal sürətlə getsək 2 saat yarıma İsmayıllıya çatmaq olur.

Oxumağa davam et

Advertisements