Kristina Bazan

Dəb bloggeri – Kristina Bazan

image

Bu gün sizlərlə İsveçrəli məşhur blogger haqqında danışmaq istəyirəm. Kristina Bazan 20 yaşındadır, universitet tələbəsidir. Bloqunu 2011 -ci ilin yanvar ayında yaratmış, həmin ilin sonunda Yaponiyada keçirilən bloggerlərin yığıncağına dəvət almışdır. Kristinanın məşhur dəb  həyatı bloqunu açdıqdan 1 il keçməmiş başlayır. O, bir çox məşhur brendlərlə müqavilələr imzalayır, D&G, LV, Dior və bu kimi lüks brendlərin nümayişlərinin qonağı olur. Vogue, Harpers Bazaar kimi məşhur jurnallara müsahibə verir. Coachella musiqi festivalına, Kann film festivalına bu il ilk dəfə dəvət alır.

Oxumağa davam et

Advertisements