6 ədəd orta böyüklükdə kartof
2 baş soğan
3 ədəd pamidor
Rəndələnmiş holland pendiri
Qızartmaq üçün yağ
Sous üçün:
1 yumurta
1 stəkan süd
Hazırlanması:
Əvvəlcə piroqun içliyini hazırlayırıq. Mən içliyi qiymə, soğan və pamidorla hazırladım. Siz bəyəndiyiniz başqa ərzaqlardan istifadə edə bilərsiz. Qiyməni ayrıca yağda qızardırıq, sonra ayrıca yarım halqa doğradığımız soğanları qızardırıq.
Kartofu rəndənin böyük gözündən keçiririk, zövqə görə duz istiot, şüyüt və s. əlavə edib qarışdırırıq. Orta ölçülü soba qabına ən altdan rəndələnmiş kartofu yayırıq. Daha sonra istədiyimiz içliyi qat – qat bura əlavə edirik. Mən ardıcıllıqla qiyməni, soğanı, pamidoru və cəfərini əlavə etdim. Üstdən yenidən geri qalan rəndələnmiş kartofu əlavə edirik. Yumurta və südü yaxşı qarışdırıb piroqun üzərinə hərtərəfinə olacaq şəkildə tökürük.
Aliminum falqa ilə qabın üzərini bağlayırıq 200 dərəcədə kartof bişənə qədər sobada bişiririk. Kartof bişdikdən sonra rəndələnmiş holland pendirini piroqun üzərinə səpirik və ağzı açıq şəkildə pendir əriyənə qədər sobada qoyuruq və piroq hazırdır 🙂
Nuş olsun.