Buse Terim

Buse Terim – dəb bloggeri
image

Türkiyənin tanınmış futbol məşqçisi Fatih Terimin qızı olan Buse Terim hal-hazırda Türkiyənin ən sevilən bloggerlərindən biridir. Bu xanım öz dəb təhsilini New Yorkda almışdır. Dəbə olan marağından karyerasını da məhz bu sahə üzərində qurmağı planlaşdırır. Buse Terim öz bloqunu 2010 -cu ildə qurdu və hədəflərinə doğru böyük addımlar atmaqdan heç çəkinmədi. Bəziləri onun məşhur Terimin qızı olduğu üçün böyük uğurlar əldə etdiyini desə də əslində Buse öz peşəsində olduqca peşəkardır, inkişaf etmək üçün əlindən gələni edir. Bir çox brendlərlə birlikdə öz kolleksiyalarını yaradır və bu koleksiyalar çox uğurla satılır. Bloquna gün ərzində minlərlə istifadəçi daxil olur.

Oxumağa davam et

2014 yaz-yay trendi: gipur, transparan

image

Daha çox gəlinlik libaslarında görməyə alışıq olduğumuz gipur və transparan detallar bu mövsümün qabaqcıl trendləridir. Transparan ingiliscə transparent sözündən götürülmüş mənası şəffaf deməkdir. Bizim dilimizdə daha çox tül kimi bildiyimiz parçalara deyilir. Amma orijinal termindən istifadə edərək mən də bu trendə “transparan” deyəcəm. Gipur isə ingiliscə lace yəni bağ və ya ip mənasını verir. Daha aydın desək krujeva deməkdir. Amma krujeva rus sözü olduğu üçün “gipur” deyə bu trend haqqında danışacam.

Oxumağa davam et

2014 yay çimerlik geyimleri

hbz-0514-sebastian-faena-lily-lgArtıq çimərlik sezonu açıldığına görə çimərlik geyimlərində trendlər haqqında da yazmaq olar:) Onu deyə bilərəm ki,bu sezon hər zövqə uyğun çimərlik geyimlərini görmək mümkündür. Bu sezonda çimərlik modelləri rəngarəngdir; sarı, açıq yaşıl, narıncı, ağ, qara, mavi və tonları, etnik və floral printlər diqqət çəkir. 2014 yay mayo və bikini modellərinə nəzər saldıqda bir neçə detal və formanın ön planda olduğunu görmək mümkündür. Oxumağa davam et

Fereh Pehlevi

“Yıxılan rejimin və bitməyən eşqin hekayəti” – Fərəh Pəhləvi  “Xatırələr”

image

“Səni elə adi adama ərə verməyəcəyik. Şah belə ordusunu götürüb, vəziriylə səni istəməyə gəlsə bəlkə verərik”  zarafatla deyilən bu sözlərin bir gün həqiqət olacağını yəqin ki, Fərəh Diba da bilmirdi. Fərəh Pəhləvi 1959 -cu ildə İran şahı Məhəmməd Rza Pəhləvi şah ilə ailə həyatı qurur. İran tarixində ilk tac qoyan xanım olur. Kraliça olduğu dövrlərdə İran qadınlarının azadlığı, elm və təhsil uğrunda bir çox dərnəklər təşkil edir.
Fərəh Pəhləvinin xatirələrini təşkil edən bu kitabı mən 2 il əvvəl oxumuşam. Amma hərdən yenə əlimə götürüb vərəqləməyi xoşlayıram, həqiqətən qonşu İranın cəmi 35 il əvvəl tamamilə başqa bir ölkə olduğunu oxumaq həyəcanlıdır.

Oxumağa davam et

Elie Saab – Zuhair Murad

Şərqin dəb ulduzları – Elie Saab və Zuhair Murad
image
Dəbin tarixinə nəzər saldıqda Avropa qarşımızda canlanır. Coco Chanellə başlayan Karl Lagerfieldlə davam edən dəb imperatorluğuna bugün şərq ulduzları da qatılıb. Dünyanın ən nüfuzlu mükafat gecələrində, ən təntənəli ziyafətlərində Hollywood ulduzlarının sevərək geyindiyi libaslar məhz onlar məxsusdur – Zuhair Murad və Elie Saaba.

Oxumağa davam et