“Coco Chanelden once”

image

COCO CHANELDƏN ÖNCƏ
Bu yaxınlarda izlədiyim filmi sizlərlə bölüşmək istəyirəm. Coco Chanel artıq həyatımızın demək olar ki bir hissəsinə çevrilmiş brenddir. Belə ki əksəriyyətimiz bu brenddən bir çanta tutmağı arzulayarkən bir çoxlarının qarderobunu Chanel çantalarının kolleksiyaları bəzəyir. Bir çoxları isə bu məşhur brendə olan sevgisindən saxta Chanel çantalarını tutaraq lüks həyatın havasını yaşamaq istəyir. Mən hər zaman lüks brendlərin saxta versiyaları ilə olan görüntülərə qarşı ola biriyəm. Nə isə 🙂

Bəs Chaneli sevənlər onun necə həyat yaşadığını bilirmi? Coco kim olub? Məhz bunun üçün bu filmi izləməyə dəyər. XX əsrin əvvəllərində qadınların bəzəkli geyimlərini sadələşdirən, qadınları sıxıcı korsetdən azad edən, şlyapaların yaradıcısı, saçlarını ilk dəfə canımı sıxır deyə kəsib atan bu məşhur xanımın həyatı bacısı ilə birlikdə atıldığı yetimxanadan başlayır. Filmdən göründüyü kimi Chanelin məqsədi heç də dəb yaratmaq deyil, əslində hər zaman kənara atıldığı lüks həyatın içərisinə daxil olmaqdır. Dəbdəbəli ziyafətlərdə baş köşələrdə oturmaqdır.
Chanel dərziliyə ilk dəfə zəngin əsilzadələrin xanımlarına şlyapalar tikməklə başlayır. Burada məqsəd işləyərək pul qazanmaq və varlı olmaq idi. Bununlada Chanel dəb dünyasının kraliçasına çevrilir.

image

Filmdə Chanelin ingilis əsilzadəsiylə olan gizli sevgisindən bəhs edilir. Digər hadisələr isə arxa planda əks etdirilmişdir. XX əsrin ən güclü qadınlarından olan Coco Chanel öz brendini yaradaraq dəb imperatorluğuna hələ də hakimlik edir.
Bir gün Chanel çantalarını tutmaq arzusuyla 🙂

Advertisements

“Coco Chanelden once”” üzərinə 3 şərh

  1. Ayka dedi ki:

    Bura men biraz da bunu elave etmek isteyirem ki , «До меня никто не осмеливался носить черное!» – говорила Коко Шанель. O sevgilisi Boy Capelin faciəli ölümündən sonra yenidən yaşamağı öyrəndim. fikrinden ilhamlanaraq ətriyyatçı Jacques Polzh ( Jacques Polge )Tərcümeyi-halı və tarix özü Coco görünüşü xatirlayaraq.” Coco Noir ” parfumunu yaratdı.(2012) (cox gozel parfumdur.)Əsil qış ətridir.Çox bəyənərək istifadə etmişəm.

  2. Nargiz dedi ki:

    Chanel haqda bir neche film izlemiwem en beyendiyim bu oldu.Belke de Audreye olam sevgimden))En tesirli sehnesi pillekende oturmagidi(filmin sonunda)

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma