Kann film festivalı

Kann film festivalı və Türk filminin yüksəlişi.

image

Almaniyada baş tutan 67 -ci Kann film festivalı başa çatdı. Yəqin fikir vermişdiniz son günlər xəbər saytları, bloqlar sadəcə Kann festivalından yazırdı. Kann festivalında ən çox danışılan mövzu məşhurların geyimi və jurnalist-fotoqraflara verdiyi pozalar idi. Mən isə sizə qırmızı xalıdan deyil, bu festivalın qaliblərindən yazacam.

14 may tarixində “Monaco kraliçası” filminin nümayişi ilə başlayan festival 24 may tarixində yekunlaşdı. Nümayiş etdirilən filmlər “Qızıl palma” mükafatı uğrunda yarışırdı. Türkiyədə Soma mədən faciəsinin baş verməsi türk qonaqlarının festivala qara paltarda qatılmasına səbəb olmuşdu. Bu kədərin ardından Kann festivalının qalibi də elə türk filmi oldu. Türkiyə filminin yaranmasının 100 -cü il dönümündə bu mükafatın sahibi olması böyük bir sürpriz oldu. “Qızıl palma” mükafatı Nuri Bilge Ceylanın “Qış yuxusu” adlı filminə təqdim edildi. Nuri Bilge Ceylan mükafatı alarkən bu sözləri dedi: “Bu mənim üçün inanılmaz möcüzə oldu. Bu mükafatı son 1 ildə Türkiyədə həyatını itirən gənclərə həsr edirəm.”
image

image

“Qış yuxusu” filmində Haluk Bilginer, Nejat İşler, Demet Akbağ, Melisa Sözen kimi məşhur türk sənətçiləri çəkilmişdir.
Digər mükafat alanların siyahısı:
2 -ci ən yaxşı film – “Le meravigle” (İtaliya);
Ən yaxşı rejissor – “Foxcatcher” filminin rejissoru Benet Miller (ABŞ);
Ən yaxşı senaryo – “Leviathan” Andrey Zvyagintsev (Rusiya)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma