The Wolf of Wall Street

Wolf-of-Wall-street-hq-wallpaper-1024x576Azərbaycanca “Uol  küçəsinin canavarı” kimi tərcümə olunan Hollywood filmi “The Wolf of Wall Street” Martin Scorcese’ in rejissorluğu ilə 2014-cü ildə film sevərlərə təqdim olunub.

Bioqrafik, dram janrında olan film eyniadlı kitab əsasında çəkilib. Kitabın yazarı Jordan Belfort həbsxanada olarkən öz həyatı haqqında kitab yazmağa başlayır.The-Wolf-of-Wall-Street-cover_glamour_21oct13_PR_b_592x888Yəni filmi elə ilk andan maraqlı edən hekayəsinin gerçək olmasıdır. Baş rolda Leonardo Dicaprio kimi təcrübəli bir aktyorun oynaması isə filmi izləmək üçün ikinci səbəb ola bilər. Lakin filmi uşaqlar və yeniyetmələrlə birlikdə izləməyi tövsiyyə etmirəm. Çünki çox açıq-saçıq səhnələr və uşaqlara pis örnək olacaq davranışlar var.

Filmin mövzusuna gəldikdə: Gənc Jordan Belfort çox pul qazanmaq istəyi ilə Wall Street birjasında işə başlayır və çox zəngin olmaq üçün hər şeyi etməyə hazır olan Jordan qısa zamanda istəyinə nail olur və həyatı dəyişir. Ancaq pis yöndəmi yoxsa yaxşı yöndəmi dəyişməyi artıq insanın baxışına qalır. Mən filmi izəyərkən isə filmə bu adı daha çox yaraşdırdım “Qısa yoldan həyatı necə məhv etmək olar?”:)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma