2014 yaz-yay reng trendi

image

Yaz-yay mövsümü gələn kimi biz xanımlar rəngbərəng geyinməyi sevirik. Geyimlərimizi yazın öz rəngləri ilə sintez etməyə çalışırıq. Bəzilərimiz ən çox sevdiyimiz rəngləri seçirik, bəzilərimiz trendləri izləməyə çalışırıq. İndi isə sizlərə bu yaz-yay mövsümünün trend olan rənglərindən danışacam. Bu yazın rəngləri həm parlaqdır, həm də solğun.. Həm pastel tonları, həm də parıldayan, işıqsaçan rənglər çox dəbdədir.

Brendlərin kolleksiyalarına nəzər salarkən bu rəngləri görmək mümkün olur. Əslində bu yaz həm çəhrayı, həm mavi, həm göy, həm də yaşıl və digər rənglər və bu rənglərin bir çox tonları dəbdədir. Əsas olan şabalıdı və boz rənglərin tonlarından qaçın. Ümumiyyətlə yaz-yay mövsümündə tünd rənglərə üstünlük verməyin.
Keçən ildən trend olan sarı rəng bu ildə öz aktuallığını saxlayır. Həm parlaq tonlarını, həm də pastel tonlarını müxtəlif geyim parçalarında görmək mümkündür.

image

image

image

Monoxrom bildiyimiz ağ-qara rənglərinin birlikdə vəhdəti bu yaz üçün də keçərlidir.

image

Burberry 2014 yaz-yay kolleksiyalarına nəzər salsaq bütün rənglərin pastel tonlarını görə bilərik. Pastel tonlarınızda olan geyimlərinizi daha parlaq rəngli ayaqqabı ilə kombin edərək uğurlu görünüşə imza atmış olacaqsınız. Bunu Buberrynin timsalında görmək olur.

image

image

image

image

image

Həmçinin çəhrayı, yaşıl, qırmızı kimi rənglər də bu yaz trendlər içərisindədir. Trend rəngləri qarışdırıb geyinərək gözəl tərzə sahib ola bilərsiniz. Gecə geyimləri üçün daha parlaq, gündüz geyimləri üçün isə pastel tonlarını seçməniz sizi zövqlü göstərəcək.

image

image

image

image

image

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma