YAZ YEMƏYİ

image

Bu yeməyi qohumlarımızdan birinə qonaq gedərkən yemişdim, çox bəyənmişdim. Əsil yaz havasına uyğun yeməkdir. Yeməyin adının necə olduğunu bilmirəm, ona görə də adını “yaz yeməyi” qoydum:)
Lazım olan ərzaqlar:
File -300 qr;
Badımcan orta boy – 5 ədəd;
Bibər – 3 ədəd;
Sarıkök orta boy- 2 ədəd
Sarı və qırmızı soğan -cəmi 4 baş;
Göbələk – 300 qr
Kartof – 3 ədəd;

Pomidor -2 ədəd;
Göy kişniş və şüyüd;
Bitki yağı.

image

Badımcanı kubik şəklində doğrayıb, duza qoyuruq acılığı çıxsın. Fileni və göbələyi suda qaynatdıqdan sonra kubik şəklində doğrayırıq.  Digər ərzaqları da kubik şəklində doğrayırıq. Soğanı isə uzunsov formada doğrayın.

image

Sonra isə bitki yağında hamısını tək – tək azca qızardın.
Mən əvvəlcə soğanı, sonra badımcanı, sonra kartofu, göbələyi, sonra bibəri və sarıkökü birlikdə, sonda isə fileni qızartdım. Daha sonra isə pomidoru qizardırıq. Pomidoru qızardarkən ocağı daha güclü edin ki, suyu tez ərisin.  Qızartdığınız bütün ərzaqları eyni qaba tökün. Sonra isə üzərinə xırda doğranmış göyü əlavə edib qarışdırın, yaxşı qarışdırın ki, hamısı bir-birinə qarışsın.

image

image

image

Sonda isə üzərinə sürtkəcdən keçirilmiş holland pendiri əlavə edin. Üzərini falqayla örtərək sobada 150-180 dərəcə istilikdə 20 dəqiqə bişirin.
Süfrəyə verərkən yanında qatıq qoya bilərsiniz.
NUŞ OLSUN 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma