image
Son bir neçə ildir dəb dünyasında sandallar daha çox nəzərə çarpır. Sadəcə yazda deyil, hətta payız-qış aylarında belə dəbsevərlərin ayaqqabı seçimi sandallar olur. Dəb həftələrini yaxından izləyənlər bunu müşahidə etmiş olarlar. Buna səbəb isə düşünürəm ki bu sandalların incə və tərzli görünüşüdür.
Mən isə sizə bu yazın və yayın dəbli sandallarından danışmaq istəyirəm.
Keçən ilin yazından trend olan biləkdən nazik bağlanan sandal tuflilər bu yaz da öz yerini qoruyub saxlayır.  Hətta bu mövsüm bu sandalların daha çox çeşidlərini görə bilərik.

image

image

image

image

İstər gündəlik geyimlərinizlə, istər gecə geyimlərinizlə bu sandalları kombinləyə bilərsiniz. Uzun ayaqlı xanımlar biləkdən bağlanan sandalların istənilən formasını seçə bilər. Ayaq boyu qısa olan xanımlar isə biraz diqqətli olmalıdırlar. Belə ki bu sandallar ayaq boyunuzun ölçüsünü azalda bilər. Bunun üçün çalışın daha incə bağlı sandal seçəsiniz.

image

image

Digər sandal trendi stiletto sandaldır. Bu sandallar qabaq hissəsi sivriburunlu, arxadan isə iplərlə müxtəlif şəkildə bağlanan sandallardır. Həm şalvarlarlarla, həm qısa şort və ya ətəklərlə bizə şıq görünüş verən bu sandallar 2014 yaz-yay mövsümündə daha cəlbedici və şıqdır.

image

image

image

Növbəti trend kobud görünüşə məxsus olan sandallardır. Bu sandalların daban hissəsi arxaya doğru çıxmış olur. Daha çox Lady Gagada görməyə alışdığımız bu sandalları günlük geyimlərimizdə istifadə edə bilərik. Nə gizlədim mən o qədər də bəyənmirəm 🙂

image

image

image

Hündür daban ayaqqabıda gəzməyi sevməyən xanımlar isə seçimini flat sandallardan edə bilərlər.

image

image

image

Yazın digər ayaqqabı trendi içərisində lace-up sandallar və mule sandallar da çox aktualdır.
Lace-up sandallar haqqında aşağıdakı linkdən oxuya bilərsiniz.
http://blogkokteyl.com/2014/05/06/2014-yaz-trendi-lace-up-sandal/

image

Mule sobalar haqqında yazımızı isə bu linkdən oxuya bilərsiniz :
http://blogkokteyl.com/2014/04/22/2014-yaz-yay-trendi-mule-sabolar/

image

Xanımlar bu yaz-yay mövsümündə tərzli görünmək üçün sandalları ayağınızdan heç çıxarmayın 🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma