image

Yaz-yay mövsümü başladığına görə sizinlə BB krem haqqında bölüşmək qərarına gəldim. Əgər üzümüzü günəşin zərərli şüalarından qorumaq istəyiriksə o zaman BB kremdən mütləq istifadə etməliyik.  BB krem nədir?
BB krem ilk dəfə 1960 -cı illərdə Almaniyada dermatoloq tərəfindən yaradılmışdır və yalnız müalicəvi xarakter daşıyırdı. 80 -cı illərdə isə bu kremdən Koreyada səhiyyədə istifadə olunmağa başladı. Əməliyyatdan sonra yaranın sağalmasına kömək edən kremlər tezliklə BB krem adı altında kosmetik məhsula çevrildi. BB kremin açılışı Blemish Balm, Beauty Balm və s. mənalarda işlənir. İlk BB krem Koreyalılara məxsus olan Missha firmasına aiddir.
BB kremlər üzünüzə sadəcə estetik gözəllik vermir, həmçinin ciıdinizin sağlam qalmasına kömək edir. Daha çox yaz-yay aylarında istifadə olunan bu kremlərin tərkibində günəşdən qoruyucu, nəmləndirici və qırışlara qarşı xüsusi maddələr var. BB krem tonal (foundation) kremdən fərqli olaraq cildə daha rahat yayılır və cildinizə təbii görünüş verir. Xırda sivilcələri qapatmaq kimi funksiyası belə vardır.

Sizlər üçün dünyada keyfiyyətcə üstün olan BB kremləri bölüşürəm:
1. MISSHA PERFECT COVER BB CREAM
BB kremlər içərisində ən məşhuru və ilkidir. Keyfiyyəti çox yaxşıdır. Cildə çox rahat yayılır. SPF 45+  (Özüm də istifadə etdiyimə görə əminliklə tövsiyyə edirəm)
Qiyməti 15-18$ (Bakıda satılmır, online sifariş etmək mümkündür)

image

2. ESTEE LAUDER DAY WEAR BB CREAM
Avropanın ən məşhur və keyfiyyətli BB kremidir. İstifadəçiləri bu krem haqqında hər zaman müsbət rəy bildirirlər. SPF 35
Qiyməti 40-50$

image

3. CLINIQUE AGE DEFENSE BB CREAM
Növbəti BB krem çox sevdiyim kosmetika firması Clinique məxsusdur. Qapatıcılığı, yayılması mükəmməldir. Yağlı dərilər üçün tövsiyyə olunur.
SPF 30+
Qiyməti 40$

image

4. RIMMEL BB CREAM
Qiymətinin çox uyğun olmasına, keyfiyyətinin yüksək olmasına görə bu krem ən çox satılanlar arasındadır.
SPF 25+
(Bakıda satılmır, online əldə etmək mümkündür)

image

5. GARNIER BB CREAM
Garnier BB kremlərin istehsalına yenicə başlayıb, buna baxmayaraq xeyli populyarlıq qazanıb. Əksər istifadəçilər bu krem haqqında yüksək fikirdədirlər.
SPF 15
Qiyməti 10$

image

Xanımlar, BB krem istifadə etməyə başlamazdan əvvəl cildinizin tipini müəyyənləşdirin. Çox yağlı dəriniz varsa quru dərilər üçün olan krem seçin. Tərkibində SPF daha yüksək olanı seçməniz məsləhətlidir. BB krem rahat yayıldığına görə fırçasız da istifadə edə bilərsiniz. Yox əgər fırça istifadə etməkdə israrlısınızsa BB krem fırçaları mövcuddur. Missha firmasına məxsus BB fırçalar həm ucuz, həm də keyfiyyətlidir.
Ümid edirəm yazı xoşunuza gəlmişdir. Oxuduğunuz üçün təşəkkürlər:)

Advertisements

BB krem haqqında” üzərinə 8 şərh

    1. Aysu xanim bb kremde kosmetik vasitedir. Deyek ki tonal kremin daha mesum formasi. Hem uz rengini tonlasdirir hem de gunesden qoruyur ve nemlendirir. Kosmetik vasitelere baslayan her kes istifade ede biler.

  1. geceniz xeyir men herdefe online sifaris vermek istiyirem ama alinmiyib karta gore, master visa card ve s. istiyirler bir sira mewhur alis veris saytlarnda mende olanda albalidi onagorede alinmiyib eyer bildiyiniz sayt varsa bizim saytlardan hecolmasa , bir zehmet yazardizda (

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma