BB krem haqqında

image

Yaz-yay mövsümü başladığına görə sizinlə BB krem haqqında bölüşmək qərarına gəldim. Əgər üzümüzü günəşin zərərli şüalarından qorumaq istəyiriksə o zaman BB kremdən mütləq istifadə etməliyik.  BB krem nədir?
BB krem ilk dəfə 1960 -cı illərdə Almaniyada dermatoloq tərəfindən yaradılmışdır və yalnız müalicəvi xarakter daşıyırdı. 80 -cı illərdə isə bu kremdən Koreyada səhiyyədə istifadə olunmağa başladı. Əməliyyatdan sonra yaranın sağalmasına kömək edən kremlər tezliklə BB krem adı altında kosmetik məhsula çevrildi. BB kremin açılışı Blemish Balm, Beauty Balm və s. mənalarda işlənir. İlk BB krem Koreyalılara məxsus olan Missha firmasına aiddir.
BB kremlər üzünüzə sadəcə estetik gözəllik vermir, həmçinin ciıdinizin sağlam qalmasına kömək edir. Daha çox yaz-yay aylarında istifadə olunan bu kremlərin tərkibində günəşdən qoruyucu, nəmləndirici və qırışlara qarşı xüsusi maddələr var. BB krem tonal (foundation) kremdən fərqli olaraq cildə daha rahat yayılır və cildinizə təbii görünüş verir. Xırda sivilcələri qapatmaq kimi funksiyası belə vardır.

Oxumağa davam et

Advertisements