image

Yazıya başlamadan öncə çox düşündüm bu printin adını necə yazım, amma sonunda orijinal ifadədən istifadə etdim. Floral print dediyimiz bu print gül və ya çiçək naxışıdır. Yəni bu yaz geyimlərimizdə bu naxışdan istifadə edə bilərik. Bununlada əsil bahar qızı olacaqsınız:)
Əslində yazın ömrünün bitməsinə az qalıb, amma floral print trendi həm də qarşıdakı yay üçün aktualdır. Brendlərin yaz-yay kolleksiyalarına nəzər salsaq bu trenddən çox istifadə olunduğunu görərik.

Alberta Ferette öz kolleksiyasında bu printi çox incə və zövqlü təsvir edib.

image

image

image

Dolche&Gabbana da bu təsvirlər daha qabarıq şəkildə ortaya çıxır. Dəbdə 3D effekti yəqin ki buna deyirlər.

image

Bu trenddən geyimlərimizdə istifadə edərkən çox diqqətli olmalıyıq. Belə ki, əgər bu trendi düzgün əks etdirmək istəyiriksə bu zaman yalnız bir parçadan istifadə edəsiyik. Bu çantamız, şalvarımız, köynək və ya hər hansı saç aksessuarımız ola bilər. Hal-hazırda yaz mövsümü olduğu üçün istənilən sadə günlük geyimin üzərinə floral printli pencək götürə bilərik. Sadəcə rənglərin sintezinə fikir verin.

image

image

image

Floral printli şalvarları geyinərkən üst geyiminizin sadə olmağına diqqət edin. Çünki üzərinizdə gözə çarpan yalnız bir detal olsun. Bu sizi daha zövqlü göstərəcək.

image

image

Həmçinin seçiminiz donlar ola bilər.

image

image

Son zamanların yeni trendi olan çələng saç aksessuarlarından da istifadə edərək daha şıq görünə biləcəksiniz.

image

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma