DSC_0819Hamıya məlum olduğu kimi pide türk mətbəxinə aiddir. Ev şəraitində də hazırlamaq mümkündür. Evdə hazırlayanlar çoxu vaxt xəmirin sonradan bərkiməsindən şikayət edir. Bu reseptlə hazırlanan pide həmişə yumşaq qalır.

Tərkibi:

2 yumurta (otaq temperaturunda)

3/1 su stəkanı duru yağ (otaq temperaturunda)

2 dolu yemək qaşığı qatı qatıq (otaq temperaturunda)

Yarım su stəkanı isti su

1 paket quru maya

2 çay qaşığı şəkər tozu

1 çay qaşığı duz

Lazım olan qədər un

Hazırlanması: yumurta, yağ, qatıq, su, maya, şəkər tozu, duz; yazdığım ardıcıllıqla ərzaqları bir qaba tökürük və sonda yaxşı qarışdırırıq. Sonra az-az unu əlavə edərək ələ yapışmayan yumuşaq xəmir hazırlayırıq. Xəmiri üstü bağlı,isti yerdə içliyi hazırlayan qədər saxlayırıq.

1

2Pide üçün içlik zövqə görə müxtəlif cür hazırlana bilər. Təkcə kəsmikli, kəsmikli pendirli, qiyməli, toyuqla və ya qarışıq. Mən qiyməli qarışıq içlik hazırladım. İçliyi əvvəlcədən qovurdum. Bütün ərzaqları qarışdıraraq içliyi çiy olaraqda istifadə etmək olar (sobada bişəcəyinə əminsinizsə) Mən içlik üçün yarım kilo qiymə, 1 orta baş soğan, 1 yaşıl bibər, 3 orta pomidor, cəfəri, yarım qaşıq bibər tomatı və duz, istiot, qırmızı pul bibərdən istifadə etdim. İçliyin hazırlanması adi qaydada ərzaqları ocaqda, yağda qovuraraq hazırlayırıq.

3İçlik hazır olandan sonra isə xəmiri 7-8 kündəyə ayırırıq. ( pideləri soba qabının ölçüsünə uyğun istədiyiniz böyüklükdə hazırlaya bilərsiz. Məndə 6 böyük pide alındı) Xəmiri çox nazik yaymadan oval formada açırıq. (Çox qalında olmamalıdır) Yağlı kağız sərilmiş soba qabına qoyuruq və içliyi əlavə edirik. ( Şəkildə gördüyünüz formada) İçliyi əlavə edəndən sonra kənarda qalan boşluqları üstə doğru qatlayırıq və pidenin uclarını birləşdirirk. Üzərinə rəndələnmiş holland pendiri səpirik. Pidenin kənarlarına isə azca yumurta sarısı çəkirik.

DSC_0807 DSC_0808 DSC_0810 DSC_0811230 dərəcədə pidelər qızarana kimi bişirirk. ( Pidenin içliyini çiy qoymusunuzsa o zaman dərəcəni aşağı etmək lazım olacaq)

DSC_0816Nuş olsun 🙂

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma