DƏB BLOGGERİ – CHİARA FERRAGNİ

image

Bugün də sizlərlə mənim çox sevdiyim blogger Chiara Ferragni haqqında danişmaq istəyirəm. Onun haqqında yazmağa başladığımda hardan başlayım, harda bitirim deyə düşündüm, çünki bu xanım haqqında bölüşüləcək çox şey var. Chiara əslən İtaliyalıdır, 1987 -ci ildə Milanda dünyaya gəlib. Blogunu 2009 -cu ildə sevgilisi Ricordonun təklifiylə yaradıb. 1 il keçmədən çox məşhurlaşıb, məşhur jurnalların üz qabığında yer almağa başlayıb, bir çox mükafatlar alıb. Hal-hazırda “Blog awards” müsabiqələrinə yalnız qonaq qismində qatılır.

image

image

image

Özüylə birlikdə çalışan 10 nəfərlik qrupu var, həm blogunu idarə edirlər, həm də dizayn işlərində onunla birlikdə çalışırlar. Məşhurlaşdıqdan sonra öz akssesuar kolleksiyalarını yaratmağa başladı. Ayyaqqabı kolleksiyası çox uğurlu keçir. Keçən il ilk dəfə bujiteriya kolleksiyasını yaratdı. Qısacası bu xanım çalışmaqdan yorulmur.

image

image

image

image

image

image

Geyimlərində əvvəllər nə qədər rəngbərəng geyinirdisə artıq daha çox tünd rənglər geyinməyi sevir. Rəngli geyimlərin “kinda look” göstərişi olduğunu və artıq böyüdüyünü qara rəngin ən favori rəngi olduğunu söyləyir. Biraz da rock tərziylə geyimlərini qarışdırmağı xoşlayır. Amma nə olur-olsun bu xanıma hər geyimi yaraşdırıram.

image

image

image

image

image

image

image

image

Küçə dəbinin ulduzunun hobbisi geyinmək və səyahət etməkdir. Getmədiyi, gəzmədiyi ölkə yəqin ki qalmayıb. Hər ay bir ölkədə səfərdədir. Qoluna simvolik olaraq dünya xəritəsinin tatusunu elətdirib.

image

Ən lüks brendlərin kolleksiyaları bu xanımın qarderobunda üstünlük təşkil edir. Chanel, YSL, Alberta Ferreti, D&G, Valentino kimi brendləri seçən xanım hərdən Zara və Mangodan nəsə geyinir, yəqin ki o da reklam xətrinə 🙂 Demək istədiyim maddi baxımdan çox imkanlıdır. Hər zaman fanatları bu qədər pulu necə qazanırsan sualı verdikdə, bunu yalnız ailəmə, valideynlərimə borcluyam deyir. Bütün bunlara baxmayaraq “if I had an unlimited credit card…” deyə bəzən postlar da paylaşır. Son illər bir çox məşhur brendlərin simasına çevrilib. Kosmetika firmaları, online alış-veriş səhifələri ilə müqavilələr bağlayır. Qısacası artıq öz pulunu özü qazana bilir, həm də bu yaşda 🙂
Keçən il 7 il sonra sevgilisi və meneceri Ricardo Pozzolidən ayrılaraq, məşhur Amerikalı fotoqraf Andrew Arturla görüşməyə başladı. Məhz bu səbəbdən Chiara hal-hazırda sevgilisi ilə birlikdə Los Angelesdə yaşayır.

Ricardo Pozzoli

image

Andrew Artur

image

Bu xanımın tərzi və geyimləri ilə tanış olmaq üçün http://www.theblondesalad.com blogunu izləyə bilərsiniz.

Chiara Ferragni” üzərinə bir şərh

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma