“Statement” boyunbağı

image

Az əvvəl bloqumuzun facebook səhifəsində keçirilən müsabiqədə qalibə statement boyunbağı hədiyyə edilmişdi. Statement boyunbağılar bir neçə ildir ki dəbdə çox aktualdır. Mövsümün fərqi olmadan bütün geyimlərlə taxa biləcəyimiz statement boyunbağılar bu yaz-yay kolleksiyalarında belə öz yerini qoruyur. Soyuq mövsümlərdə sviter, həmçinin pencəklərlə kombinlədiyimiz bu boyunbağıları isti mövsümlərdə donlarlar, t-shirtlərlə birlikdə taxa bilərik. Bu boyunbağılar sizin sadə geyiminizə şıq və ya eleqant hava qatacaq.

Oxumağa davam et

2014 yaz-yay trendi – Etek-şort

5b374ac089b5cdfdd386700b7db31a60Yenə keçmişdən günümüz modasına geri dönən bir trend – Ətək-şortlar. Dəb özünü belə tez-tez təkrarlasada hər dəfə daha fərqli, modern, şıq və yenilənmiş formada qarşımıza çıxır. Hamıya tanış gəldi yəqin ki, ətək-şortlar. Öndən midi ətəyə bənzəyir, arxadan baxıldığında isə şort kimi görünür. Ətək-şortların çox fərqli tərzləri var; bol, dar, uzun, qısa, qatlı, dalğalı, plise, idman üslubunda olanlar, daha şıq tərzdə olanlar və.s Qısaca hər zövqə uyğun tapmaq olar, həm də hər bədən tipinə. Oxumağa davam et

“Coco Chanelden once”

image

COCO CHANELDƏN ÖNCƏ
Bu yaxınlarda izlədiyim filmi sizlərlə bölüşmək istəyirəm. Coco Chanel artıq həyatımızın demək olar ki bir hissəsinə çevrilmiş brenddir. Belə ki əksəriyyətimiz bu brenddən bir çanta tutmağı arzulayarkən bir çoxlarının qarderobunu Chanel çantalarının kolleksiyaları bəzəyir. Bir çoxları isə bu məşhur brendə olan sevgisindən saxta Chanel çantalarını tutaraq lüks həyatın havasını yaşamaq istəyir. Mən hər zaman lüks brendlərin saxta versiyaları ilə olan görüntülərə qarşı ola biriyəm. Nə isə 🙂

Oxumağa davam et

2014 yaz-yay trendi – Saçaqlar

7ca626ab328a73606d5cf4f6e46d5165Bu sezonun nəzərə çarpan detallarından biri də saçaq trendidir. Geyimlərə hərəkət qatan saçaq, cürbəcür formalarda, gecə libaslarından tutun, günlük geyim parçalarında, aksesuarlarda – hər yerdədir.

Ancaq saçaqlı geyimləri geyinərkən diqqətli olmaq lazım. Çunki, düzgün və qədərində istifadə edilmədikdə şıq olmaq əvəzinə əksinə ortaya yorucu, qarışıq görünüş çıxa bilər.
Oxumağa davam et

Kann film festivalı

Kann film festivalı və Türk filminin yüksəlişi.

image

Almaniyada baş tutan 67 -ci Kann film festivalı başa çatdı. Yəqin fikir vermişdiniz son günlər xəbər saytları, bloqlar sadəcə Kann festivalından yazırdı. Kann festivalında ən çox danışılan mövzu məşhurların geyimi və jurnalist-fotoqraflara verdiyi pozalar idi. Mən isə sizə qırmızı xalıdan deyil, bu festivalın qaliblərindən yazacam.

Oxumağa davam et

The Wolf of Wall Street

Wolf-of-Wall-street-hq-wallpaper-1024x576Azərbaycanca “Uol  küçəsinin canavarı” kimi tərcümə olunan Hollywood filmi “The Wolf of Wall Street” Martin Scorcese’ in rejissorluğu ilə 2014-cü ildə film sevərlərə təqdim olunub.

Bioqrafik, dram janrında olan film eyniadlı kitab əsasında çəkilib. Kitabın yazarı Jordan Belfort həbsxanada olarkən öz həyatı haqqında kitab yazmağa başlayır. Oxumağa davam et

2014 yaz-yay reng trendi

image

Yaz-yay mövsümü gələn kimi biz xanımlar rəngbərəng geyinməyi sevirik. Geyimlərimizi yazın öz rəngləri ilə sintez etməyə çalışırıq. Bəzilərimiz ən çox sevdiyimiz rəngləri seçirik, bəzilərimiz trendləri izləməyə çalışırıq. İndi isə sizlərə bu yaz-yay mövsümünün trend olan rənglərindən danışacam. Bu yazın rəngləri həm parlaqdır, həm də solğun.. Həm pastel tonları, həm də parıldayan, işıqsaçan rənglər çox dəbdədir.
Oxumağa davam et

2014 yaz – yay trendi Qayıq yaxa

chic-lace-off-the-shoulder-top2014 yaz-yay geyim modasında yəqinki ən qadınsı və cazibədar trendlərindən biri qayıq yaxa modelidir. Vintage model sayıla biləcək, ən son 80-90 –lardan görülən qayıq yaxa modelini bu sezon və önümüzdəki yaz-yay sezonunda tez-tez görəcəyik. Əlbəttə qayıq yaxa heç vaxt dəbdən düşməyən bir modeldir. Gəlinlik və gecə libaslarında həmişə görməyə alışmışıq. Oxumağa davam et