Qat-qat xemirden kremli şirniyyat

6Bəzən insanın canı şirniyyat istəyir, ancaq uzun-uzun şirniyyat bişirməklə əlləşmək istəmir. Belə vaxtlarda hazırlaya biləcəyiniz bəsit bir resept; Qat-qat xəmir və südlə hazırlanan dadlı krem. Əvvəlcə kremi hazırlayaq.  Oxumağa davam et

Advertisements

Negin Mirsalehi

DƏB BLOGGERİ – NEGİN MİRSALEHİ

image

Negin Mirsalehi bloqunu 2013 -cü ilin əvvəlində açdı. O zaman 24 yaşı olan bu xanım yaxında çox məşhur olacağını bəlkə də heç bilmirdi. Sadəcə 1 il ərzində sosial şəbəkələrin, dəb sevərlərin sevimlisinə çevrildi. İnstagramda 1 milyondan çox izləyici topladı. 2013 ilin ən yaxşı dəb bloggeri mükafatına layiq görüldü. Bir çox nüfuzlu mərasimlərin qonağı oldu. Dünyaca nüfuzlu jurnalların üz qabığında yer aldı.

Oxumağa davam et

2014 yaz-yay saç rengi trendleri

2014-ün ən trend saç rəngləri haqqında bu yazımızdan məlumat ala bilərsiz xanımlar. 2014-ün trend rəngləri ilə tanış olaraq sizdə bu yaz-yay sezonunda saç rənginizdə dəyişiklik etmək üçün bir addım atın 🙂 Keçək saç rənglərindəki trendlərə. Bu sezon ən diqqət çəkən  sarı və sarının tonlarıdır.

Platin sarısı – parlaq və iddəalı olan bu rəng sezonun ən populyar rəngidir.  Həmçinin təbii sarılar, açıq sarı içində kül rəngi və qızılı tonlar trend saç rənglərindəndir. Oxumağa davam et

2014 üzük trendi

jewelry_vivaluxury-2Bir neçə sezondur ki, aksesuar modasında dəyişikliklər baş verir. Aksesuarlar daha böyük, göstərişli və geyimdə önəmli bir parçaya çevrilir. 2011 –dən başlyaraq üzük dəbində yeniliklər olmağa başladı. 2011-də dırnaq üzükləri, 2012-də YSL markasının ikon üzükləri (Arty oval), 2013-də barmağa birdən çox üzük taxılmış kimi görüntü verən üzüklər trend oldu. Oxumağa davam et

2014 yaz-yay trendi: CROP TOP

image

Crop toplar hələ 60 -cı illərdən mövcud idi. Bizim isə daha çox xatırladğımız 90 -cı illərdə filmlərdə gördüyümüz toplardır. O zamanlar daha çox qarın və ya göbək hissənin açıq olması dəbdə idi.
İndi isə daha fərqlidir. 2012 -ci il Parisdə, Londonda keçirilən dəb həftələri zamanı məşhur brendlərin kolleksiyalarında CROP TOP -lar nümayiş edildi. 2013 -ci ilin yazında isə artıq bütün dünya bu topları geyinməyə başladı. Daha çox məşhurların, dəb ulduzlarının, modellərin üzərində görməyə alışdığımız crop topları artıq istənilən markaların kolleksiyalarında görə bilərik.

Oxumağa davam et

“Suşki” şirniyyat

7Suşki yəqin ki, rus mətbəxinə aid olan şirniyyatdır. Anamın köhnə reseptlərindən biridir 🙂 Tez-tez hazırlayıram bu resepti. Hazırlanması rahatdır, həm də dadlıdır.

Ərzaqlar:

1 banka qatılaşdırılmış süd

2 yumurta (1-i üzəri üçün)

1 paket vanil

50 qr yumuşalmış kərə yağı

Yarım çay qaşığı soda

600 qram un (təxmini 4 su stəkanı) Oxumağa davam et

“Ustam ve ben”

image

Öğrenme aşkıyla geçti ömrümüz, aşkı ögrenmesek de…
Elif Şafakın sonuncu romanıdır. Adını oxuyunca fikirləşirdim müəllim və tələbədən bəhs edən bir roman olacaq. Niyə belə düşündüyümü də bilmirəm.  Amma yox, kitab adından göründüyü kimi deyil. Əslində bir fil və fil baxıcısının Topkapı sarayında keçən maraqlı həyatını təsvir edir. Həmçinin fil baxıcısı Cihanın müəllimi olan Memar Sinan da əsərdə əsas obrazlardan biridir.
Kitabı oxuduqca əslində Memar Sinana deyil, onun tələbəsi olan Cihanın yaradıcılığına heyran qalırsan. Sanki Cihan olmasaydı o məşhur Sinan heç nə bacarmazdı, bəlkə də çoxdan Sultan Süleyman tərəfindən edamı əmr olunardı.

Oxumağa davam et