image
Bu filmi izləməyə başladığımda bu haqda post yazmağı düşünmürdüm. Amma filmi izlədikdən sonra düşündüm ki, mütləq yazmalıyam. Bəlkə də çoxunuz izləmisiniz, amma izləməyənlər üçün çox maraqlı olacağını düşünürəm.
Xakie adlı bir it və onun sahibindən bəhs edən filmdə baş verən hadisələr 1923 -1934 -cü illərdə Yaponiyada yaşanmışdır. Xakie öz sahibinə çox bağlı bir itdir. Hər gün onu işə dəmiryol stansiyasına qədər ötürür, hər axşam qatar dönməmişdən əvvəl onu stansiyada gözləyir. Evə birlikdə qayıdırlar. Artıq Xakie bu ailənin sevimli üzvünə çevrilir.

Günlərin bir günü Xakie yenidən sevimli sahibini dəmiryol stansiyasında yola salır, amma sahibi bir daha geri qayıtmır. Sahibinin qəflətən olan ölümünü bu sadiq heyvan heç bir zaman başa düşə bilməyəcəkdi. Və o həmin stansiyada ömrünün sonunadək öz sahibini gözləməyə davam edəcək.

image

Yaponiyada bu sadiq itin şərəfinə həmin stansiyada abidə qoyulur. Bu abidə sadiqliq rəmzi adlanır. Xakienin sahibi 1925 -ci ildə vəfat edir. Xakie onu 1934 -cü ilədək – tam 9 il bu stansiyada bezmədən gözləyir. Elə həmin stansiyada qocalaraq ölür.

image

image

Həyatda olmuş hadisələri əks etdirən filmlər çox təsirli olur. İtlərin sadiq heyvan olduğunu eşitmişdim, amma Xakie kimisini təsəvvür etməzdim. İzlədikdən sonra uzun müddət təsirindən çıxmayacağınız və heç zaman unutmayacağınız filmlərdən biri olacağına inanıram.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma