“HACHIKO” film

image
Bu filmi izləməyə başladığımda bu haqda post yazmağı düşünmürdüm. Amma filmi izlədikdən sonra düşündüm ki, mütləq yazmalıyam. Bəlkə də çoxunuz izləmisiniz, amma izləməyənlər üçün çox maraqlı olacağını düşünürəm.
Xakie adlı bir it və onun sahibindən bəhs edən filmdə baş verən hadisələr 1923 -1934 -cü illərdə Yaponiyada yaşanmışdır. Xakie öz sahibinə çox bağlı bir itdir. Hər gün onu işə dəmiryol stansiyasına qədər ötürür, hər axşam qatar dönməmişdən əvvəl onu stansiyada gözləyir. Evə birlikdə qayıdırlar. Artıq Xakie bu ailənin sevimli üzvünə çevrilir.

Oxumağa davam et

Advertisements