Cemli kifliki

CSC_0791Ukrayna mətbəxinə aid olan bu şirniyyatın müxtəlif verisyaları var. Mənim hazırldığım kiflikinin xəmiri un, yağ və smetandan ibarətdir. Mətbəxdə uzun zaman keçirməyi sevməyənlər üçün ideal reseptdir.

Tərkibi:

500 qram un

250 qram soyuq kərə yağı

150 ml smetan

vanil

Cem (istədiyiniz hər hansı meyvədən, mürəbbədə ola bilər)

Hazırlanması: İlk öncə yağı xırda doğrayırıq və unu yağa qatıb ovaraq qarışdırırıq. Daha sonra bura semtanı və vanili əlavə edirik və xəmir yoğururuq.

1 (1) 1 (2) 1 (3) 1 (4)Xəmiri büküb 1 saatlıq soyuducuya qoyuruq. (Və ya xəmiri axşamdan hazırlayıb soyuducuya qoya bilərsiz) Soyuducuda qalan xəmiri çıxarıb orta qalınlıqda yayırıq. (Nazik olmasın) Bir kənarına cem sürtüb bükürük və yaxşı bağlayırıq. Şəkildə gördüyünüz kimi forma verə bilərsiz və ya  yarım ay formasında edə bilərsiz.

1 (5) 1 (6)Sobanı 200 dərəcədə qızdırırıq, soba qabını azca yağlayıb kiflikiləri düzürük. Əgər bişəndən sonra üzərinə şəkər tozu səpəcəksəniz yumurta sarısı çəkməyədə bilərsiz. Kiflikilər 200 dərəcədə təxmini 15-25 dəqiqə üzəri qızarana qədər bişirilir.

Nuş olsun 🙂

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google photo

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma