“COACHELLA” festivalı

“Coachella” festivalı dünyanın ən məşhur musiqi festivallarından biridir. Bu festival Amerikanın Kaliforniya ştatının tozlu və səhra olan çölündə keçirilir. Buna baxmayaraq dünyanın məşhur ulduzları, dəb dünyasının ulduzları, məşhur dəb bloggerləri bu festivala qatılmaq üçün biletləri dərhal əldə etməyə çalışırlar. 2014 -cü ilin Coachella festivalının biletləri satışa buraxıldıqdan 3 saat sonra satılıb tükəndi. Aprel ayının 11-də başlayan festival 20 -də yekunlaşdı. Festivalda məşhur ulduzlar Beyonce, Calvin Harris, Jay Z, Lana del Ray və digərlərinin performansları baş tutdu.
Bu festivalda əsas musiqi və incəsənətdir. Hər gün maraqlı sərgilər izlənilir və musiqilər dinlənilir. Ən maraqlısını mən deyim, bura qatılan bütün qonaqlar geyimlərini, öz tərzlərini nümayiş etdirirlər 🙂 Artıq dünyada bir Coachella trendi, bir Coachella dəbi var.

Bu dəb nədir? Qısa şortlar, t-shirtlər, byust – shirtlər, çimərlik botları, şapqalar, şlyapalar, eynəklər və s.
Keçək 2014 -ün Coachella dəbinə 🙂
Bu ilin ən dəbli xanımı Kendall Jenner oldu. Dəb şərhçilərinin fikrincə əsil Coachella festivalına uyğun tərzdə geyinən Kendal digər ulduzları kölgədə qoydu. Bu xanımın bədən quruluşu həqiqətən qüsursuzdur. İstənilən geyimdə şıq görünməyi bacarır.

image

image

image

Selena Gomez də ən dəblilər sırasındadır. Ancaq mən elə də bəyənmədim. Buu yazın trendlərindən olan deşikli geyim seçmişdir, amma özünə yaraşdırmadım. Nədənsə bu xanımı qara paltarda daha cazibədar görürəm.

image

image

Dəb bloggerləribdən ən şıqı Chiara Ferragni idi. Lakin onunla birlikdə Rumi Neelynin də adı çəkilirdi.

image

image

Bu dəb o qədər qarma- qarışıq hal alıb ki, bəzən insan çox təəccüblənir. Növbəti tərzli xanım Paris Hilton. Qısacası Coachella tərzi çimərlik geyimlərinin günlük geyimlərlə qarışığından yaranmış yeni dəb trendidir. Çünki çanta seçimində sərbəstsiniz. Əsas diqqətiniz ayaqqabı və saç akaessuarınız olacaq 🙂

image

image

image

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma