“COACHELLA” festivalı

“Coachella” festivalı dünyanın ən məşhur musiqi festivallarından biridir. Bu festival Amerikanın Kaliforniya ştatının tozlu və səhra olan çölündə keçirilir. Buna baxmayaraq dünyanın məşhur ulduzları, dəb dünyasının ulduzları, məşhur dəb bloggerləri bu festivala qatılmaq üçün biletləri dərhal əldə etməyə çalışırlar. 2014 -cü ilin Coachella festivalının biletləri satışa buraxıldıqdan 3 saat sonra satılıb tükəndi. Aprel ayının 11-də başlayan festival 20 -də yekunlaşdı. Festivalda məşhur ulduzlar Beyonce, Calvin Harris, Jay Z, Lana del Ray və digərlərinin performansları baş tutdu.
Bu festivalda əsas musiqi və incəsənətdir. Hər gün maraqlı sərgilər izlənilir və musiqilər dinlənilir. Ən maraqlısını mən deyim, bura qatılan bütün qonaqlar geyimlərini, öz tərzlərini nümayiş etdirirlər 🙂 Artıq dünyada bir Coachella trendi, bir Coachella dəbi var.

Read more